«Qiymətli
kağızlar bazarında investorların
hüquqlarının müdafiəsi haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununu "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 10, maddə 711; 2002, ¹ 12, maddə 706; 2007, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053) 6.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"6.2. Bu qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş nəzarət "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2014-cü il
Azərbaycan.
- 2014.- 7 noyabr.- S.1.