«Siyasi partiyalar haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 11, maddə 387, ¹ 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddə 226; 2001, ¹ 11, maddə 683; 2002, ¹ 8, maddə 463; 2004, ¹ 2, maddə 57, ¹ 5, maddə 321, ¹ 8, maddə 598; 2005, ¹ 4, maddə 278, ¹ 6, maddə 464; 2006, ¹ 3, maddə 225; 2007, ¹ 11, maddələr 1049, 1053; 2010, ¹ 4, maddə 276; 2012, ¹ 5, maddə 414) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-1.1.2-ci maddədə "hər il maliyyə hesabatını müvafiq icra hakimiyyəti orqanına" sözləri "bu Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş maliyyə hesabatını və 21.4-1-ci maddəsində nəzərdə tutulmuş məlumatları və sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına" sözləri ilə əvəz edilsin.

2. 17-1.6-cı maddədə "Azərbaycan Respublikasının Qanununa" sözlərindən sonra "və bu Qanuna" sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 18-1-ci maddə əlavə edilsin:

 "Maddə 18-1. Üzvlük haqqı

Üzvlük haqqı siyasi partiyanın üzvləri tərəfindən siyasi partiyanın nizamnaməsinə uyğun olaraq pul formasında mütəmadi ödənilən vəsaitdir. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.".

4. Aşağıdakı məzmunda 19.7-ci maddə əlavə edilsin:

 "19.7. Şəxsin birya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi on min manatdan artıq ola bilməz.".

5. 21-ci maddə üzrə:

5.1. 21.1-ci maddədə "partiyalar" sözündən sonra "bu Qanunla müəyyən edilmiş tələbləri nəzərə almaqla" sözləri əlavə edilsin;

5.2. 21.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

 "Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir.";

5.3. aşağıdakı məzmunda 21.4-1-ci və 21.6-cı maddələr əlavə edilsin:

 "21.4-1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında siyasi partiyalar maliyyə fəaliyyətlərinə dair əlavə məlumatları və sənədləri təqdim edirlər.";

 "21.6. Siyasi partiyaların illik maliyyə hesabatları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilir.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 7 noyabr.-  S.1.