ADA UniversitetiAmerika Dövlətləri

 Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb

 

Noyabrın 4-də Vaşinqtonda ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı (ADT) arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi ADA Universitetinin rektoru Hafiz Paşayev və ADT-nin icraçı katibi xanım Şeri Tros imzalayıblar.

Bu sənəd ADT-nin müvafiq dəstəyi əsasında ADA Universiteti və təşkilatın üzv dövlətlərində yerləşən təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də qarşılıqlı mədəni proqramlarda iştirak nəzərdə tutur.

Hafiz Paşayev imzalanmış sənədin ADA Universitetinə dünyanın bu bölgəsini təmsil edən tələbələrin daha geniş şəkildə cəlb edilməsinə imkan yaradacağını söyləyib. Rektor əlavə edib ki, ADT ilə əməkdaşlıq, eyni zamanda, Azərbaycanın bu tədris ocağını gələcəyin liderlərini hazırlayan və faydalı əməkdaşlıqları təşviq edən bir təsisat kimi tanıdacaq. Hafiz Paşayev ADT təmsilçilərini ADA Universitetinin fəaliyyəti haqqında məlumatlandırıb. Bildirilib ki, Azərbaycanın ən qabaqcıl və dinamik təhsil ocaqlarından olan ADA Universiteti təsis edildiyi gündən beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı və yeni tərəfdaşlıqların təsis edilməsinə davamlı şəkildə əhəmiyyət verib. Hazırda Universitet yüksək dünya standartlarına cavab verən təhsil proqramları tədris etməkdədir.

Amerika Dövlətləri Təşkilatının inkişaf üzrə icraçı katibi Şeri Tros və beynəlxalq münasibətlər üzrə katib Alfonso Qinonez ADT və Azərbaycan arasında əlaqələrdən danışıb, ADA Universiteti ilə imzalanmış sazişin bu əlaqələrə verəcəyi töhfəni qeyd edib. O, əməkdaşlıq sazişi vasitəsilə Azərbaycanın ADT-yə üzv dövlətlərdə insan kapitalının inkişafına verəcəyi dəstəyin əhəmiyyətini vurğulayıb.

1889-cu ildə təsis edilmiş Amerika Respublikalarının Beynəlxalq İttifaqının varisi olan ADT-nin 35 üzvü var. Təşkilat Amerika qitəsinin bütün müstəqil dövlətlərini özündə birləşdirir. Bu baxımdan ADA Universitetinin imzaladığı əməkdaşlıq sazişi Azərbaycan və geniş coğrafiyanı əhatə edən ADT-yə üzv dövlətlər arasında uzunmüddətli insan bağlarının qurulması baxımından mühüm rol oynayacaq. Saziş bir neçə ildən bəri ADA Universitetinin Amerika qətisi ölkələri ilə apardığı fəaliyyətləri daha da gücləndirəcək. Bu günədək Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi təqaüdlər əsasında Meksika, Argentina, EkvadorBaham adalarından olan tələbələr ADA Universitetində təhsil alıblar və bəzi Latın Amerikası ölkələrinin diplomatları isə qısamüddətli təlimdən bəhrələniblər. Universitet ArgentinaKolumbiya təhsil təsisatları ilə anlaşma memorandumları imzalayıb, Braziliya, KubaArgentinadan müəllim heyətini mühazirələr oxumağa dəvət edibarzu edən tələbələrə ispan dilinin tədrisini təmin edib.

 

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2014.- 7 noyabr.- S.8.