Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 998-IVQD nömrəli qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 872; 2008, ¹ 3, maddələr 169, 186, ¹ 5, maddə 364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə 1057; 2009, ¹ 2, maddələr 59, 69, 73, ¹ 5, maddə 321, ¹ 6, maddə 421; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 184, 193, ¹ 6, maddə 494, ¹ 7, maddə 606, ¹ 8, maddələr 716, 725, ¹ 10, maddə 849; 2011, ¹ 6, maddə 512, ¹ 9, maddə 792; 2012, ¹ 3, maddə 200, ¹ 5, maddə 421, ¹ 10, maddə 951, ¹ 11, maddə 1117, ¹ 12, maddə 1238; 2013, ¹ 2, maddə 108, ¹ 4, maddələr 370, 372, 376, ¹ 9, maddələr 1045,1059, ¹ 12, maddə 1520; 2014, ¹ 4, maddə 363, ¹ 7, maddələr 808, 809, 814; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 286 nömrəli fərmanı) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlərində "253-1.1-ci (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə)" sözləri "253-1.3-cü" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 noyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 7 noyabr.-  S.2.