İmişlinin sənaye potensialı güclənir

 

Son illər İmişli rayonunun sənaye potensialı xeyli artmışdır. Bir neçə il əvvələdək kənd təsərrüfatı rayonu olan İmişlidə iqtisadiyyatın ağırlıq mərkəzi artıq sənaye təməli üzərinə keçmişdir. Cari ilin arxada qalan 9 ayının yekunları da bunu deməyə imkan verir.

Bu dövr ərzində rayonda 253 milyon 163,7 min manatlıq məhsul istehsal edilmiş ya xidmət göstərilmişdir. Həmin məhsulun 40,7 faizi sənaye, 32,3 faizi kənd təsərrüfatına məxsusdur. Son illər rayonda emal sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz nəticəsini verir. "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin Kəllə qənd, Qarışıq yem, Bitki yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsindəki 50 min tonluq  taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən "Araz Damazlıq Quşçuluq"  MMC rayonun sənayesində sanballı olan müəssisələrdəndir. Ümumiyyətlə, cari ilin 9 ayı ərzində İmişlidə 103 milyon manatlıq sənaye məhsulları istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 90.7 faizi qeyri-dövlət sektorunun payına düşür.

2014-cü ilin 9 ayı ərzində rayonda görülmüş işlərə həsr olunan yığıncaqda geniş hesabat məruzəsi ilə çıxış edən RİH-in başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevin İmişlinin inkişafına, bölgə əhalisinin həyat şəraitinin daha da yaxşılaşmasına göstərdiyi böyük qayğı diqqətdən söhbət açmış, yüksəlişin dönməz xarakter almasında dövlət dəstəyinin başlıca şərt olduğunu vurğulamışdır.  İmişlidə bu il 17.210 hektarda taxıl, 292 hektarda kartof, 401 hektarda bostan, 316 hektarda tərəvəz, 3011 hektarda pambıq, 620 hektarda şəkər çuğunduru əkilib becərilmişdir. Sahələrdən 45,543 ton taxıl, 2,873 ton kartof, 3674 ton tərəvəz, 2930 ton pambıq götürülmüşdür.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi  tapşırıq tövsiyələrə uyğun olaraq rayonda taxılçılığın inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə iri taxılçılıq təsərrüfatının yaradılması qərara alınmışdır. Rayon ərazisindəki dövlət fondu torpaqlarından 7000 hektarının bu məqsəd üçün ayrılması nəzərdə tutulub. Kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün  "MKT" məhdud məsuliyyətli cəmiyyətinə isə 3813 hektar torpaq ayrılmışdır.

Son illər rayonda yaradılan sağlam mənəvi-psixoloji mühit, vətəndaş-məmur münasibətlərinin düzgün qurulması, əhalini narahat edən problemlərin aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər bölgə əhalisində razılıq doğurur. Əhalinin elektrik enerjisi, təbii qaz içməli su ilə təminatında uzun illərdən bəri yığılıb qalmış problemlər operativ aradan qaldırılır. "Azenko" ASC-nin briqadaları artıq xeyli müddətdir ki, rayonun yaşayış məntəqələrində çalışır. İstismar müddətini başa vurmuş enerjiötürücü xətlər, köhnə dirəklər yenisi ilə əvəz olunur. Yeni çəkilmiş sib-kabellər hər cür hava şəraitində elektrik enerjisinin itkisiz fasiləsiz verilməsini təmin edir. Əlavə 1437 evə təbii qaz verilmiş beləliklə, təbii qazdan istifadə edən abonentlərin sayı 9898-ə çatmışdır. Hazırda qaz çəkilişi davam edir.

Bölgə əhalisində minnətdarlıq doğuran bir məsələ içməli su ilə bağlıdır. İllər boyu İmişli əhalisi təmiz içməli sudan korluq çəkib. Çox ailə içməli suyun uzaq məsafədən maşınlarla daşımağa məcbur olub. Amma "Milli su Təchizatı kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində İmişli şəhər Yalavac kəndi ərazisində yaşayan əhalinin içməli su təminatı müqayisəedilməz dərəcədə yaxşılaşmışdır. 8216 evdə smart su sayğacları quraşdırılmışdır. Artıq yeni qoyulan sayğaclardan 7500-ü aktivləşdirilmişdir. İndi həmin abonentlərə ekoloji cəhətdən təmiz içməli su verilir.

Rayonda xüsusi diqqət qayğı göstərilən məsələlərdən biri Qarabağ müharibəsi əlilləri şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Hazırda Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli yaşayış binası inşa olunur. Şəhərdə çoxmərtəbəli daha bir yaşayış binasının tikintisinə qərar verilmişdir.

Heydər Əliyev adına istirahət parkında inşa edilmiş Gənclər Mərkəzi isə, adından da göründüyü kimi, gənc yeniyetmələr üçündür. Burada müxtəlif stolüstü oyunlar, atıcılıq, elektron kitabxana, internet klub, 3D kino zalı digər xidmət bölmələri bütünlüklə gənc yeniyetmələrin ixtiyarına verilmişdir.

 

Lazım QULİYEV,

Azərbaycan.-2014.- 7 noyabr.- S.10.