Dövlətlərarası Şuranın qərargahının
Bakıda
yerləşdirilməsinə
dair Saziş
imzalanıb
Bu
gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə
Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli
nümayəndələrin Dövlətlərarası
Şurası arasında bu qurumun qərargahının Azərbaycan
Respublikasının ərazisində yerləşməsinin
şərtləri haqqında Saziş imzalanıb.
AzərTAc
xəbər verir ki, sənədi Azərbaycan tərəfindən
xarici işlər nazirinin müavini Xələf Xələfov,
Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli
nümayəndələrin Dövlətlərarası
Şurası tərəfindən Beynəlxalq Aviasiya Komitəsinin
(BAK) prezidenti və Şuranın sədri Tatyana Anodina
imzalayıblar.
İmzalanma
mərasimindən əvvəl Azərbaycanın Baş
nazirinin birinci müavini Yaqub Eyyubovun Aviasiya və Hava Məkanından
İstifadə üzrə səlahiyyətli nümayəndələrin
Dövlətlərarası Şurasının nümayəndə
heyəti ilə görüşü olub.
Azərbaycan.-2014.- 6 noyabr.- S.4.