Azərbaycan-Braziliya əməkdaşlığının
inkişafı üçün böyük potensial var
Noyabrın
6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə
Braziliya Federativ Respublikasının idman naziri Aldo Rebelonun rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, görüşdə hər iki ölkə rəsmilərinin
qarşılıqlı səfərlərinin Azərbaycan ilə
Braziliya arasında əlaqələrin inkişafına təkan
verdiyi vurğulanıb. Qeyd olunub ki, son illər regionda iqtisadi
sıçrayışla inkişaf edən Azərbaycan ilə
böyük sənaye potensialına malik Braziliya arasında
ikitərəfli faydalı əməkdaşlığın
bütün istiqamətlər üzrə, o cümlədən
idman sahəsində də davam etdirilməsi faydalı
olardı. Bu baxımdan hər iki ölkənin müvafiq
qurumları arasında idman sahəsində əməkdaşlıq
haqqında fəaliyyət planının imzalanması müsbət
qiymətləndirilib. Braziliya kimi Azərbaycanın da idman sahəsində
kifayət qədər inkişaf etmiş bir ölkə
olduğu xatırlanaraq bildirilib ki, bir çox beynəlxalq
layihələrə, humanitar forumlara, idman
yarışlarına ev sahibliyi edən Azərbaycandakı bu tədbirlərə
Braziliya vətəndaşları da fəal qatılırlar.
Görüşdə
tərəflər qarşılıqlı faydalı əməkdaşlığın
bundan sonra da inkişaf etdirilməsi üçün
böyük potensialın olduğunu diqqətə
çatdırıblar. Xüsusən, 2016-cı ildə Yay
Olimpiya Oyunlarının Braziliyada, ilk Avropa Oyunlarının isə
gələn il Azərbaycanda keçiriləcəyi nəzərə
alınaraq, qarşılıqlı təcrübə
mübadiləsinin səmərəli olacağı bildirilib.
Söhbət
zamanı tərəfləri maraqlandıran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2014.- 6 noyabr.- S.4.