Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsini "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 9, maddə 787) 98-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 98.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.".
2. 98.8-ci və 98.10-cu maddələrin ikinci cümlələrinə "qərarının surəti" sözlərindən sonra ", auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi" sözləri əlavə edilsin.
3. 98.9-cu maddənin
birinci cümləsi çıxarılsın.
4. 98.13-cü maddə
ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2014-cü il
Azərbaycan.
- 2014.- 9 noyabr.- S.1.