«Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə 870; 2007-ci il, ¹ 11, maddə 1088; 2008-ci il, ¹ 2, maddə 49, ¹ 4, maddə 249, ¹ 6, maddə 464; 2009-cu il, ¹7, maddə 517; 2010-cu il, ¹ 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:

1. 18.2.1-ci maddədə "və əməkdaşı olduğu orqanın müvafiq sərəncamını" sözləri ", yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı" sözləri ilə əvəz edilsin.

2. 18.3.2-18.3.7-ci maddələr müvafiq olaraq 18.2.2-18.2.7-ci maddələr hesab edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 9 noyabr.-  S.2.