«Bank olmayan kredit
təşkilatları haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 72; 2013, ¹ 7, maddə 789) 24.5-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"24.5. Mərkəzi Bank BOKT-nin fəaliyyətini "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlayır.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2014-cü il
Azərbaycan.
- 2014.- 9 noyabr.- S.3.