«Yoluxucu xəstəliklərin immunoprofilaktikası
haqqında» Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 6, maddə 413; 2008, ¹ 7, maddə 602) 6-cı maddəsinin beşinci hissəsinin ikinci abzasında "dövlətlərarası" sözü "beynəlxalq" sözü ilə, "dayandırılması və ya" sözləri "profilaktik peyvəndlər edilənədək" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr
2014-cü il
Azərbaycan.
- 2014.- 9 noyabr.- S.3.