«Poçt haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununu "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Poçt haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 604; 2007, ¹ 5, maddə 442; 2008, ¹ 11, maddə 958; 2009, ¹ 7, maddə 517; 2010, ¹ 4, maddə 276) 13-4.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"13-4.1. Milli operatorun maliyyə xidmətləri sahəsində fəaliyyəti üzərində dövlət nəzarəti Mərkəzi Bank tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2014-cü il
Azərbaycan.
- 2014.- 9 noyabr.- S.4.