«Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

"Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 415; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddələr 235, 237, ¹ 12, maddə 706; 2004, ¹ 4, maddə 202, ¹ 6, maddə 396, ¹ 10, maddələr 761, 779; 2007, ¹ 5, maddə 442, ¹ 10, maddə 938; 2008, ¹ 8, maddə 695; 2009, ¹ 6, maddə 398) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddənin ikinci hissəsinin 1-ci bəndinə və 7-ci maddənin ikinci hissəsinin 6-cı bəndinə "qurumlarının" sözündən sonra ", habelə onların" sözləri əlavə edilsin.

2. 25-ci maddə üzrə:

2.1. üçüncü hissədə "qurumunun müvəkkil edilmiş vəzifəli şəxsləri dövlət yanğın nəzarətini apararkən aşağıdakı hüquqlara malikdirlər" sözləri "qurumu dövlət yanğın nəzarətinin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir" sözləri ilə əvəz edilsin;

2.2. dördüncü hissədə "qurumunun vəzifəli şəxsləri" sözləri "qurumu" sözü ilə, "malikdirlər" sözü "malikdir" sözü ilə əvəz edilsin;

2.3. beşinci hissəyə "qurumunun" sözündən sonra ", habelə onların" sözləri əlavə edilsin.                                

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.4.