«Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununu "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 655; 2007, ¹ 6, maddə 595; 2009, ¹ 12, maddələr 948, 954, 968; 2011, ¹ 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

1. 9.0.3-cü maddədə "qanunvericiliklə" sözündən sonra ", o cümlədən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə" sözləri əlavə edilsin.

2. 11-ci maddə üzrə:

2.1. adında və mətnində ismin müvafiq hallarında "müfəttişləri" sözü "nəzarəti xidməti" sözləri ilə əvəz edilsin;

2.2. 11.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"11.2. Dövlət fitosanitar nəzarəti xidməti fitosanitar nəzarətində olan karantin obyektlərində fitosanitar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar aşağıdakı məsələlər barədə qərarlar qəbul edir:";

2.3. 11.5-ci maddədə "göstərirlər" sözü "göstərir" sözü ilə əvəz edilsin.

3. 12.1.4-cü maddədə "müfəttişləri tərəfindən verilmiş qərar və göstərişlərə" sözləri  "nəzarəti xidmətinin qərar və göstərişlərinə" sözləri ilə əvəz edilsin.

4. 27.2.6-cı maddədə "müfəttişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etdikləri qərarlara və göstərişlərə" sözləri "nəzarəti xidmətinin qərar və göstərişlərinə" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.5.