Azərbaycan
həm də turizm ölkəsinə çevrilir
Bu sahədə turistlərə yüksək səviyyəli
xidmət göstərilməsi vacib şərtlərdən
sayılır
Qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalır. Bu sahədə xidmət sektoru xüsusi yet tutur. Son illərin, eləcə
də bu ilin ötən aylarının göstəriciləri
təsdiqləyir ki, qeyri-neft sektorunda turizmin inkişafı da sürətlə gedir. Bölgələrdə turizm imkanları
genişlənməkdədir.
Bu barədə
Nazirlər Kabinetinin
2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında da ətraflı bəhs edilmişdir. Prezident İlham Əliyev bu sahənin böyük potensialı olduğunu vurğulayaraq demişdir: "Biz ölkəmizin
turizm imkanlarını
daha da geniş
şəkildə təbliğ
etməliyik. Çünki bizim gözəl
təbiətimiz var, istənilən turizm növü Azərbaycanda mövcuddur. Gözəl sahillər,
Xəzər dənizi,
dağlar, meşələr,
xizək turizmi. Artıq infrastruktur da var. Aeroportlar, magistral yollar və bütün bölgələrdə
beşulduzlu, dördulduzlu,
üçulduzlu gözəl
hotellər yaradılır".
Turizmin inkişafında təbii ki, əsas rollardan
birini də qonaqlar üçün rahatlığın yaradılması,
onlara yaxşı istirahət şəraitinin
təşkil olunması,
nümunəvi xidmət
göstərilməsidir. Bu sahədə turistlərin
yerləşdikləri mehmanxanaların
xüsusi rolu var. Dövlət Statistika Komitəsinin açıqladığı
fakt və rəqəmlər ölkəmizdə
həmin istiqamətdə
görülən işlərin
necə genişmiqyaslı
olduğunu bir daha təsdiqləyir.
Belə ki, cari ilin birinci
yarısında Azərbaycanda
527 mehmanxananın mövcud
olduğu, onlarda nömrələrin sayının
16876 vahid, birdəfəlik
tutumun isə 34731 çarpayı-yer təşkil
etdiyi bildirilir. Birdəfəlik tutumun
11807-si Bakı, 927-si Gəncə,
6563-ü Xaçmaz, 1195-i Masallı,
1184-ü Qubada yerləşən
mehmanxanalardadır. Qalanı isə
ölkənin digər
şəhər və
rayonlarındakı mehmanxanaların
payına düşür.
Ölkədə turizmin inkişafını
təsdiqləyən faktlardan
biri də bu ilin ilk altı
ayında mehmanxanalarda
yerləşdirilmiş şəxslərin
sayının artmasıdır. Belə
ki, keçən ilin eyni dövrü
ilə müqayisədə
onların sayı 0,5 faiz artıb
və 319 min nəfərə
çatıb.
Mehmanxanada qalan şəxslərin 58,8 faizi xarici ölkə
vətəndaşları olub.
Onların da sayı keçən ilin müvafiq vaxtı ilə müqayisədə xeyli artaraq 187,7 min nəfərə çatıb.
Mehmanxanada yer alan Azərbaycan vətəndaşlarının sayı isə 131,3 min nəfər təşkil edib. Qonaqların 15,6 faizi turizm yollayışı
ilə gələnlər
olub.
Sözügedən dövrdə
gecələmələrin ümumi
sayı əvvəlki
ilin birinci yarısı ilə müqayisədə 1,2 faiz artaraq 711,8 min adam-gecə təşkil edib və bunun
57,2 faizi xarici ölkə vətəndaşlarının
payına düşüb.
Ümumi gecələmələrin
70,5 faizi Bakıda, qalan hissəsi isə ölkənin digər şəhər və rayonlarında qeydə alınıb. İyun ayında daha
çox gecələmələr
olub.
Mehmanxana və mehmanxana tipli müəssisələrdə
müvəqqəti yerləşmə
üzrə xidmət göstərilən şəxslərin
əsas hissəsinin -
80 faizdən çoxunun
turizm məqsədilə
səfər edənlər
olması da turizmin inkişafını
təsdiqləyən göstəricilərdəndir. Bu ilin birinci yarısında onların 34,6 faizi istirahət və əyləncə, 48,1 faizi
işgüzar, 10,2 faizi
müalicə, 7,1 faizi
digər turizm məqsədilə səfər
ediblər. Bakıya, Naxçıvan Muxtar Respublikasına, Naftalan, Xaçmaz, Lənkəran,
Gəncə, Şəki,
Quba, İsmayıllı,
Masallı şəhər
və rayonlarına istirahət məqsədilə
səfər edən turistlərin sayı digər bölgələrlə
müqayisədə daha
çox olub. Turizm məqsədilə səfər edən ölkə vətəndaşlarının
52,7 faizini Bakı şəhərinin
sakinləri təşkil
edib.
Statistik rəqəmlər ilin birinci yarısında mehmanxanalarda bir gecə qalmaq üçün orta qiymətin 77,8 manat olduğunu göstərir. Bakı şəhərində bu rəqəm ölkə üzrə orta göstəricidən yüksək olub və 125,9 manat təşkil edib.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdikləri gəlir artaraq 80 milyon manata çatıb. Gəlirlərin 69,5 faizi nömrələrin satışından əldə olunub. Qalan hissəsi isə içkilər də daxil olmaqla qida məhsullarının satışından, müalicə, sağlamlıq və digər xidmətlərin göstərilməsindən yaranıb.
Qonaqlara
nümunəvi xidmət göstərmək üçün
ölkəmizdə mehmanxana və hotellərin
sayı ildən-ilə artırılır. Bu
ilin əvvəlindən də şəhər
və bölgələrdə bir sıra bu tipli müəssisələr
istifadəyə verilib. Elə bu yaxınlarda Naftalanda "Qarabağ SPA
and Resort" hotel kompleksi açılıb. Prezident İlham
Əliyev kompleksin açılış mərasimində
iştirak edib.
Tədbirdə bir daha qeyd
edilib ki, son illərdə Azərbaycana
böyük turizm axını müşahidə
olunur. Bu baxımdan
ölkədə hotel biznesinin
daha da inkişafı
üçün kompleks
tədbirlər görülür,
qonaqlara yüksək səviyyəli xidmət göstərilir. Açılış
mərasimində çıxış
edən dövlət başçısı turizmin
inkişafını belə
səciyyələndirmişdir: "Ona görə ki, Azərbaycan inkişaf edir, gözəl işlər görülür, təhlükəsizlik
tam şəkildə təmin
edilir. Azərbaycan dünyanın ən
təhlükəsiz ölkələrindən
biridir. Böyük
imkanlar var. Biznes imkanları genişlənir,
tarixi yerlərimiz kifayət qədər çoxdur,
gələnlər bizim
zəngin mədəniyyətimizlə
tanış olurlar".
Turizm sahəsinin
inkişafı həm
də yeni iş yerlərinin açılmasına imkan
yaradır. Belə ki, indi mehmanxanalarda çalışan
işçilərin sayı
8118 nəfərə çatıb.
Bu, onların orta siyahı sayının keçən ilin müvafiq dövrü ilə müqayisədə
5,9 faiz artması
deməkdir. İndi bu sahədə
bir işçiyə
düşən orta aylıq əməkhaqqının
məbləği 469 manatdır.
Ölkədə qonaqlara yüksək səviyyədə xidmət
göstərəcək yeni
hotellər də tikilməkdədir. Hazırda Bakıda iki
möhtəşəm hotelin
inşası davam etdirilir. Biri "İnturist" adlanacaq. "Ağ şəhər"
bulvarında isə otaqlarının sayına
görə Azərbaycanda
ən böyük hotellərdən biri (bəlkə də ən böyük hotel) tikilir.
Flora SADIQLI
Azərbaycan.
- 2014.- 9 noyabr.- S.9.