Lirik əhval-ruhiyyə
yaradan konsert
Azərbaycan Bəstəkarlar
İttifaqının 80 illiyinə
həsr edilən
festival bəstəkar və
musiqişünasların əsl
sənət bayramı
kimi mədəniyyət
tariximizin unudulmaz bir səhifəsinə çevrildi
Azərbaycan Bəstəkarlar İttifaqının
80 illik yubileyi ilə əlaqədar musiqi festivalı başa çatmışdır.
Noyabrın 1-dən 5-dək keçirilən
festivalda xarici ölkələrdən gəlmiş
nüfuzlu bəstəkar
və musiqişünaslar
da iştirak etmişlər.
Musiqi festivalının
ilk günlərində Azərbaycan Bəstəkarlar
İttifaqının konsert
salonunda tədbir təşkil edildi. Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycanın
musiqi həyatında mühüm rol oynayan bu sənət
məbədinin keçdiyi
yol, ənənələri,
görülən işlər
barədə geniş
məruzə ilə çıxış etdi.
Azərbaycan Dövlət
Televiziya və Radiosunun C.Cahangirov adına Xor
və Kamera ansambllarının iştirakı
ilə olan iki hissəli konsertdə (Şəhla Ələkbərovanın bədii
rəhbərliyi altında)
maraqlı əsərlər
səsləndirildi. Konsert
dahi Üzeyir bəy Hacıbəylinin S.Vurğunun sözlərinə
xor və fortepiano üçün yazdığı
"Ey Vətən" əsəri ilə başladı. Xorun ifasında unudulmaz xalq mahnısı - "Lacın" da təqdim edildi. Görkəmli bəstəkar Aqşin
Əlizadənin xor üçün yazdığı
"Bayatılar" silsiləsindən
3-ü xorun ifasında
alqışlarla qarşılandı.
Xalq artisti, bəstəkar Ramiz Mustafayevin Əliağa Kürçaylının sözlərinə xor və fortepiano üçün
bəstələdiyi "Küçəmizdən
keçəndə sən"
mahnısı televiziya
və radio xorunun ifasında lirik əhval-ruhiyyə yaratdı.
Eləcə də Rüfət
Ramazanovun Abdulla Şaiqin
sözlərinə qadın
xoru üçün yazılmış "Laylay"
əsəri müasir
musiqi kontekstində təcəssüm olunan janr nümunəsi kimi də təqdim
edildi. Gənc bəstəkar Günay Mirzəyevanın Bəxtiyar
Vahabzadənin sözlərinə
solist, xor və fortepiano üçün
yazdığı lirik-məhəbbət xarakterli
"Romans"ı Səidə
Manafovanın ifasında
xoş ovqat bəxş etmiş oldu.
Festival çərçivəsində
Azərbaycan Bəstəkarlar
İttifaqının bölgə
təşkilatları da
fəallıq göstərdi.
Bunlardan biri də 1978-ci ildə ulu öndər
Heydər Əliyevin göstərişi ilə
yaradılan Azərbaycan
Bəstəkarlar İttifaqının
Naxçıvan bölməsidir.
Bu təşkilatın bir
çox üzvlərinin
əsərləri festival boyunca müxtəlif tədbirlərdə səsləndirildi.
Görkəmli bəstəkar Vasif Adıgözəlovun, Ruhəngiz
Qasımovanın, musiqişünas
Nərgiz Şəfiyevanın
əsərləri də
böyük alqışlarla
qarşılandı.
Elza Seyidcahanın
klarnet, faqot və fortepiano üçün
süitası, Samir Əliyevin, Eldar Dadaşovun, Nərminə
Nağıyevanın əsərlərindən
ibarət konsert proqramı bəstəkar Lalə Quliyevanın fleyta və simli kvartet üçün
sərbəst formada yazılmış "Düşüncə"
əsəri ilə tamamlandı.
Azərbaycan Bəstəkarlar
İttifaqının 80 illiyinə
həsr edilən
festival bəstəkar və
musiqişünasların əsl
sənət bayramı
kimi mədəniyyət tariximizin
unudulmaz bir səhifəsinə çevrildi.
Jalə QULAMOVA,
sənətşünaslıq namizədi, dosent
Azərbaycan.
- 2014.- 9 noyabr.- S.13.