Kitabxana mənim
ikinci evimdir
Kəndimizin tarixi qədimdir. Ərazisindəki
XVIII əsrə aid Xəlifə
Zəkəriyyə türbəsi,
Pələngkiştə xatirə
bulağı, Voriyətibə
abidəsi ziyarətgaha
çevrilmişdir.
1858-ci ildə fransız yazıçısı
Aleksandr Düma Pələngkiştə xatirə
bulağını ziyarət
etmiş, burada bir igid qadının
balta ilə pələngi öldürərək
ailəsini faciədən
xilas etməsini yerli camaatdan eşidib "Qafqaza səyahət" kitabında
qələmə almışdır.
Bu əsər kitabxanamızda var və həvəslə oxunur.
65 yaşı
tamam olan kənd kitabxanası
1949-cu ildə müəllim
İbrahim Mirzəyevin
təşəbbüsü ilə məktəbin istifadəsiz qalmış
sinif otağında yaradılmışdır. Kitabxanaya ilk kitabları
- 200 nüsxə bədii
ədəbiyyatı kəndin
ziyalıları hədiyyə
etmişlər. Kitabxana
iki il
ictimai əsaslarla fəaliyyət göstərmişdir.
Sonra ştat ayrılmış,
Bakı Kitabxanaçılıq
Texnikumunun məzunu Heybət Qafarov uzun illər burada işləmişdir.
Onun fəaliyyəti dövründə
kitabxana respublika müsabiqəsinin qalibi olmuş, Mədəniyyət
Nazirliyinin və Mədəniyyət İşçiləri
Həmkarlar İttifaqları
Respublika Komitəsinin
II dərəcəli diplomuna
layiq görülmüşdür.
Bu gün
də bu kitabxana Lerikin qabaqcıl mədəniyyət
müəssisələrindən sayılır. Rayon mərkəzləşdirilmiş
kitabxana sistemi bizim iş təcrübəmizi
rayondakı müəssisələrdə
yaymışdır.
Artıq kitab fondunu 11 min nüsxəyə çatdırmışıq. Nəşrlərin
əksəriyyəti Azərbaycan
dilində latın
qrafikası ilə çap olunmuş kitablardır. Buradan 370 nəfər oxucu
istifadə edir. Onların arasında ziyalı da var, fəhlə
də, evdar qadın da.
Bədii qiraət gecələri, yeni nəşrlərin təqdimatını keçirmək
kitabxanamızda ənənəyə
çevrilmişdir. Belə tədbirlərə
ziyalıları, kəndimizin
sayılıb-seçilən adamlarını dəvət
edirik. Müzakirələr iştirakçılarda maraq doğurur və beləcə oxucularımızın sayı
artır.
Diyarşünaslıq sahəsində də uğurlarımız var. Son 40 ildə
Lerik haqqında çap olunmuş yazılardan, lentə köçürdüyümüz televiziya və radio verilişlərindən kartoteka
da yaratmışıq. Rayonun ictimai həyatı ilə tanış
olmaq istəyənlər
bu mənbələrə
müraciət edib ətraflı məlumat alırlar.
Kitabxana mənim ikinci evimdir. Niyə də olmasın?
25 ildir ki,
burada çalışır,
atamın yolunu davam etdirirəm.
Töyfə QAFAROVA,
Lerik rayonundakı Cəngəmiran kənd
kitabxanasının müdiri
Azərbaycan.
- 2014.- 9 noyabr.- S.14.