Azərbaycan
32 pillə irəliləyib
Ölkədə avtomatlaşmış əsaslarla fəaliyyət
göstərən sığorta-pensiya sistemi
mövcuddur
Həyata keçirilən sosial islahatların uğurlu nəticəsi olaraq Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən, ölkənin bütün işləyən əhalisini əhatə edən müasir sığorta-pensiya sistemi formalaşdırılıb. Təsadüfi deyil ki, hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. "Elektron hökümət" portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.
Qısa müddət ərzində bütün zəruri işlər görülərək məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapmışdır. "Doing Business 2015" hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.
"Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir. Hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan "Elektron hesabat" xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanına malikdirlər.
DSMF Gəncə şəhər Nizami rayon şöbəsinin fəaliyyəti ölkəmizdə sığora-pensiya sisteminin ən müasir əsaslarla fəaliyyətinin aydın təsdiqidir. Şöbənin müdiri Mirxalid Əliyevin sözlərinə görə, ölkəmizdə həyatın bütün sahələrində olduğu kimi sosial sahədə də islahatların aparılması nəticəsində yeni sosial müdafiə sistemi təşəkkül tapmışdır. Məhz bunun nəticəsidir ki, DSMF Gəncə şəhər Nizami rayon şöbəsi də hər bir hesabat dövründə öz işini yüksək tələblər səviyyəsində qurmağa nail olur.
2014-cü ilin oktyabr ayına olan statistikaya əsasən şöbə tərəfindən 19 min 959 nəfər pensiyaçıya xidmət göstərilir. Bunlardan 2087 nəfəri işləyən pensiyaçılardır. Əmək pensiyaçılarından 11 min 366 nəfəri yaşa görə, 6 min 937 nəfəri əlilliyə görə, 1656 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 9 ayda 708 yeni təyinat aparılmışdır ki, bundan da 225 nəfəri yaşa görə, 432 nəfəri əlilliyə görə, 51 nəfəri isə ailə başçısını itirməyə görə pensiyalardır.
M.Əliyev onu da qeyd
etdi ki, "Əmək
pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən
2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin
və 2006-cı ilin yanvarın 1-dən
2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin
nəzərə alınmış iş
stajının hər ili üçün
1,94 manat sığorta hissəsi
müəyyən edilməklə 2011-ci il
1 iyul tarixindən yenidən
hesablanmışdır. Bu,
şöbədən pensiya
alan 15 min 900 nəfər pensiyaçıya
şamil olunmuşdur.
Hazırda həmin proses davam edir.
Bu, eyni zamanda
2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya
sisteminin inkişafına
dair Dövlət Proqramının uğurlu
icrası pensiyaların
təyinatının avtomatlaşdırılması
yolu ilə əməliyyatların vahid
mərkəzdən aparılmasına
keçidi təmin etmiş, pensiyaçıların
yeni pensiya sisteminə daha sıx inteqrasiyasına zəmin yaratmış, pensiyaların orta aylıq məbləği
113 manatdan 163,98 manata çatmışdır.
Şöbə tərəfindən
bu ilin əvvəlində
25468 min manat işləməyən
əmək pensiyaçılarına,
3427,5 min manat isə işləyən əmək pensiyaçılarına
ödəniş olunmuşdur.
132,7 min manat əmək
qabiliyyətinin müvəqqəti
itirilməsinə, 229,4 min manat
hamiləliyə və
doğuşa, 68 min manat
uşağın anadan
olmasına, 93,2 min manat
3 yaşına çatanadək
uşaqlara qulluğa,
151,3 min manat isə dəfn üçün müavinətə görə
ödənilmişdir. Pensiya və
müavinətlər vaxtında
və gecikdirilmədən
plastik kartlarla ödənilir.
Sosial-sığorta haqlarına
gəldikdə isə
şöbə müdiri
dedi ki, 2014-cü ilin 9 ayı ərzində 10689,9 min manat vəsait toplanılmışdır. Belə
ki, büdcə təşkilatlarından 7390,7 min manat, qeyri büdcə
təşkilatlarından 3299,2 min manat, o cümlədən fiziki şəxslərdən
1103,7 min manat məcburi
dövlət sosial sığorta haqqı yığılıb. Sosial sığortadan
yayınan hüquqi və fiziki şəxslərin sığortaya
cəlb olunması üçün qanuna və təlimata uyğun tədbirlər görülür.
M.Əliyev bildirdi ki, DSMF Gəncə şəhər
Nizami rayon şöbəsinin
kollektivi qarşısında
qoyulan məsuliyyəti
tam dərk edərək
gələcəkdə də
işini yüksək
tələblər səviyyəsində
qurmağa və vətəndaşlara nümunəvi
xidmət göstərməyə
çalışacaq.
Telman NƏZƏRLİ
Azərbaycan.
- 2014.- 9 noyabr.- S.15.