Ekskursiyada iştirak etdiyimə görə sevinirəm

 

“Əslən qarabağlıyam. Valideynlərim Füzuli rayonundan məcburi köçkündürlər. İndiyədək Qarabağ torpağında olmamışdım. Dağın zirvəsində inşa edilən Dövlət Bayrağı Meydanından işğal altında olan torpaqlarımızı və Horadiz şəhərinin gözəlliklərini seyr etdim. Fərqli hisslər yaşadım. Ekskursiyada iştirak etdiyimə görə sevinirəm”.

Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan ekskursiya çərçivəsində Füzuli rayonuna səfər edən, Qaradağ rayonu 233 nömrəli tam orta məktəbin IX sinif şagirdi Sevinc Əzizova AzərTAc-a müsahibəsində deyib. O, Füzuli rayonu haqqında valideynlərindən çox eşitdiyini bildirib. Bu gün isə bu müqəddəs məkanı öz gözləri ilə görür. Ən böyük arzusu isə hazırda işğal altında olan ata yurduna getməkdir.

 

Azərbaycan. - 2014.- 12 noyabr.- S.11.