Ekskursiya şagirdlərin dünyagörüşünün formalaşmasında böyük rol oynayacaq

 

Regionlarla tanışlıq şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə, onların intellektual səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Məktəblilər üçün belə bir imkan yaratdığına görə aksiyada iştirak edən şagird və müəllimlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.

Bu fikirləri “Ölkəmizi tanıyaq” devizi altında Ağdam rayonuna ekskursiya edən Qaradağ rayon 33 nömrəli uşaq yaradıcılıq mərkəzinin müəllimi Nərgiz Ələmova AzərTAc-a müsahibəsində bildirib. O qeyd edib ki, şagirdlər səfər zamanı böyük bir hissəsi işğal altında olan Ağdam rayonu haqda geniş məlumat aldılar. Musiqinin beşiyi olan Qarabağda yerli muğam ifaçılarının konsertinə baxdılar, cəbhə bölgəsində yaşayan məcburi köçkün uşaqlarla təmasda oldular, Şəhidlər abidə kompleksini ziyarət etdilər. Bütün bunlar

şagirdlərin dünyagörüşünün formalaşmasında böyük rol oynayacaq.

 

Azərbaycan. - 2014.- 12 noyabr.- S.11.