“Namizədlər
üçün yaddaş
kitabçası” nəşr edilib
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası (MSK) 2014-cü il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar
müxtəlif seçki subyektlərinin maarifləndirilməsi
layihəsi çərçivəsində “Namizədlər
üçün yaddaş” kitabçası hazırlayıb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd bələdiyyə üzvü seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onların işinin daha da asanlaşdırılmasına kömək göstərməkdir. “Namizədlər üçün yaddaş” kitabçasında bələdiyyə üzvlüyünə qeydiyyat mərhələsi ilə bağlı atılası addımlar və qeydə alınmış namizədlərin hüquq və vəzifələri, onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilib.
Yaddaş kitabçası Azərbaycan Respublikası Seçki Məcəlləsinin və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
Yaddaş
kitabçasını aşağı seçki
komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az)
əldə etmək olar.
Azərbaycan.
- 2014.- 12 noyabr.- S.8.