Yaponiyada Azərbaycanda təhsil sahəsində reallaşdırılan Dövlət proqramları barədə məlumat verilib

 

Yaponiyada bu ölkənin hökuməti və UNESCO tərəfindən “Davamlı inkişaf və təhsil” mövzusunda konfrans keçirilib.

Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, konfrans son 10 il ərzində BMT tərəfindən dünyanın müxtəlif ölkələrində davamlı inkişafa nail olmaq istiqamətində təhsil sahəsində həyata keçirilmiş müxtəlif layihələrin nəticələrinin və növbəti 10 il ərzində bu sahədə görüləcək işlərin müzakirəsinə həsr olunub.

Tədbir çərçivəsində C. Bayramov davamlı inkişaf və təhsil sahəsində Azərbaycan hökumətinin həyata keçirdiyi Dövlət proqramları, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, Heydər Əliyev Fondu tərəfindən müvafiq sahədə reallaşdırılmış layihələr barədə məlumat verib.

Konfransın ekspertlər səviyyəsində keçirilmiş müzakirələrində Təhsil Nazirliyinin əməkdaşları müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.

 

Azərbaycan. - 2014.- 12 noyabr.- S. 8.