Budapeştdə Azərbaycan-Macarıstan
biznes forumu keçirilib
Azərbaycan Prezidenti
İlham Əliyev Macarıstana işgüzar
səfərə gəlib
Noyabrın 11-də Budapeştdə Azərbaycan-Macarıstan
biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban biznes forumda
iştirak ediblər.
Forumun aparıcısı,
Macarıstanın xarici
işlər və ticarət naziri Peter Siyarto ölkəmiz, onun yerləşdiyi coğrafi region barədə
tədbir iştirakçılarına
məlumat verdi,
son illərdə Azərbaycanda
həyata keçirilən
iqtisadi inkişaf proseslərindən danışdı.
O, son on ildə iqtisadi
sahədə ölkəmizdə
əldə olunan artım tempinin davam etdiyini və bunun da
bir çox sahələrin inkişafına
ciddi təkan verdiyini vurğuladı. Son illərdə Azərbaycan
ilə Macarıstan arasında uğurlu siyasi-iqtisadi əməkdaşlığın
yarandığını bildirən
xarici işlər və ticarət naziri bu biznes
forumun əhəmiyyətini
vurğuladı, onun ikitərəfli əməkdaşlığa
mühüm töhfə
verəcəyini bildirdi.
Biznes forumda çıxış
edən Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında
Birgə Bəyannamənin
əhəmiyyətindən danışdı. "Azərbaycan
və Macarıstan strateji tərəfdaşlardır
və bu, Avropa İttifaqı çərçivəsində də əməkdaşlıq
baxımından əhəmiyyətlidir",
- deyən Prezident İlham Əliyev ölkələrimiz arasında
iqtisadi əlaqələrin
sürətlə inkişaf
etdiyini, yüksək siyasi əlaqələrin biznes münasibətləri
üçün də
yaxşı şərait
yaratdığını diqqətə
çatdırdı. "Mən
istəyirəm ki, macar iş adamları
Azərbaycanda daha çox təmsil olunsunlar", - deyən dövlətimizin başçısı
macar şirkətləri
ilə əsasən enerji, kənd təsərrüfatı, kosmos
sənayesi və digər sahələrdə
uğurlu əməkdaşlıq
qurulacağına ümidvar
olduğunu bildirdi.
Prezident İlham
Əliyev son illərdə
ölkəmizdə gedən
iqtisadi inkişaf prosesləri barədə
forum iştirakçılarına məlumat verdi.
Bildirdi ki, təkcə ötən il Azərbaycana
28 milyard dollar investisiya
qoyulub. Bu da
ölkəmizdə əlverişli
investisiya mühitinin olmasından xəbər verir. Prezident İlham Əliyev
macar şirkətlərini
"Cənub" qaz dəhlizi kimi iri layihələr reallaşdıran Azərbaycan
ilə sıx əməkdaşlıq qurmağa
çağırdı.
Sonda dövlətimizin
başçısı Macarıs
tanın yerləşdiyi
regionda müstəqillik
rəmzi olduğunu bildirdi və bu uğurlar münasibətilə təbriklərini
çatdırdı.
Macarıstanın Baş naziri Viktor Orban hazırda bütün bəşəriyyətin
çətin dövr
yaşadığını, dünyanın bir çox yerində münaqişələrin olduğunu
vurğuladı, 2008-ci ildən
hökm sürən iqtisadi böhranın Macarıstana təsirindən
danışdı. Viktor Orban Azərbaycan ilə Macarıstan arasında biznes əlaqələrinə toxundu,
ölkələrimizin əməkdaşlıq
naminə birgə addımlamaqda qərarlı
olduğunu bildirdi.
Azərbaycanın dünyəvi dövlət
olduğunu, həm ölkəmizdə, həm
də Macarıstanda ənənəvi dəyərlərə
böyük önəm
verildiyini deyən
Viktor Orban respublikamızın
iqtisadi baxımdan böyük nailiyyətlər
əldə etdiyini söylədi. "Azərbaycanın enerji resurslarından istifadə
etməklə digər
sahələrdə inkişafın
təmin olunmasında
böyük nailiyyətləri
var", - deyən
Viktor Orban imzalanan sazişlərin əhəmiyyətini
vurğuladı. O, "Cənub" qaz dəhlizinin inşasının
önəmini qeyd etdi, Azərbaycan qazının Avropaya çatdırılmasının böyük əhəmiyyət
daşıdığını dedi. "Azərbaycan bizim üçün dost ölkədir", - deyən
Macarıstanın Baş
naziri Avropa İttifaqı və Avrozonanın gələcəyi
ilə bağlı fikirlərini də bölüşdü.
Forum çərçivəsində
Azərbaycan və Macarıstan şirkətləri
arasında ümumi əməkdaşlıq, məlumat
mübadiləsi, tədbirlərin
təşkilində qarşılıqlı
dəstək, yeni müəssisələrin yaradılması,
daşınmaz əmlakın
inkişafı və idarə edilməsi, Azərbaycanda informasiya-kommunikasiya
texnologiyaları və
yüksək texnologiyalar
sahəsində fəaliyyət
göstərən yeni
və innovativ müəssisələrin inkişafına
töhfə vermək
məqsədilə investisiya
imkanlarının yaradılmasına
dəstəklə bağlı
müxtəlif sənədlər
imzalandı. İmzalanan sənədlərdə kənd təsərrüfatı,
heyvandarlıq və ovçuluq, həmçinin
nəqliyyat və su təchizatı ilə bağlı məsələlər də
əksini tapdı (Azərbaycan-Macarıstan biznes
forumu haqqında geniş hesabat qəzetin növbəti nömrəsində dərc
ediləcək).
* * *
Noyabrın 11-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban birgə nahar ediblər.
AzərTAc
Azərbaycan.
- 2014.- 12 noyabr.- S.2.