Avstriyanın
nüfuzlu “Society”
jurnalı AzərTAc-ın baş direktoru Aslan Aslanovun analitik məqaləsini
dərc edib
Avstriyanın nüfuzlu “Society”
jurnalı AzərTAc-ın baş direktoru Aslan Aslanovun “Ənənəvi
mediadan dünya informasiya şəbəkəsinə
transformasiya labüddür” sərlövhəli analitik məqaləsini
alman dilində dərc edib.
Məqalədə yeni informasiya texnologiyalarının inkişaf meyllərindən və sosial şəbəkələrlə ənənəvi media arasında qarşılıqlı münasibətlərdən bəhs edilir. Analitik yazıda, həmçinin bu il oktyabrın 2-3-də keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu mövzuya həsr olunmuş “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri” adlı “dəyirmi masa” da səsləndirilən fikir və təkliflərə münasibət bildirilir. Müəllif sosial mediadan informasiya mənbəyi kimi istifadə olunmasının, xəbər agentliklərinin müasir dövrün çağırışları ilə ayaqlaşmasının zəruriliyinə dair fikirlərini diqqətə çatdırır.
Yeni informasiya texnologiyalarının tərəqqisi fonunda jurnalistikanın inkişaf meyllərinin nəzəri və təcrübi cəhətdən təsvir olunduğu məqalədə gələcək tendensiyalar və uğur mexanizmləri haqqında da fikirlər bildirilir.
Məqaləni
http://www.society.at/magazin-kolumnen/736-transformation-der-medien.html linkindən oxumaq olar.
Hazırkı “Society” jurnalı 1945-ci ildə Avstriyanın Federal Kansleri
Karl Rennerin təşəbbüsü
ilə təsis edilmiş “BMT jurnalı” və 1992-ci ildə Q.Tauxhammerin əsasını
qoyduğu “Society” jurnalının
birləşməsi nəticəsində
yaranıb. Jurnal ildə dörd
dəfə nəşr
olunur və son dövrlərdə digər
mətbu orqanlar kimi daha çox
müasir texnoloji imkanlardan (internet, sosial şəbəkələr və
daşınar mobil cihazlar üçün proqramlar) istifadə edir.
Əsasən ictimai-siyasi, iqtisadiyyat və mədəniyyət
mövzularında materialların
dərc olunduğu jurnal alman və
ingilis dillərində
çıxır. Avstriyanın dövlət və hökumət dairələri,
bu ölkədəki beynəlxalq təşkilatlar
və diplomatik korpus jurnalın əsas abunəçiləri
sırasındadır.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi
müxbiri
Vyana
Azərbaycan.
- 2014.- 12 noyabr.- S.5.