Milli üçtərəfli sosial dialoq üzrə institusional strukturun yaradılması mövzusunda seminar keçirilib

 

Noyabrın 11-də “Four Seasons” mehmanxanasında Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı iləMilli üçtərəfli sosial dialoq üzrə institusional strukturun yaradılmasımövzusunda seminar keçirilib.

AzərTAc xəbər verir ki, seminarın məqsədi BƏT-in dəstəyi ilə bir sıra Avropa ölkələrində sosial tərəfdaşlar arasında mövcud olan üçtərəfli komissiyaların fəaliyyəti ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq, ölkəmizdə Sîsial İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təşkili sahəsində görüləcək işlərin istiqamətlərini müəyyən etmək olub.

Əmək əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ölkəmizdə sosial-iqtisadi tərəqqinin davamlı xarakter aldığını bu proseslərdə sosial partnyorların iştirakının vahid mövqedən daha sistemli, konkret yanaşmalar əsasında təşkilinin qarşıda duran vəzifələrdən olduğunu vurğulayıb. Bunun üçün hökumət, həmkarlar işəgötürənlər arasında sosial tərəfdaşlıq sisteminin institisional struktur vahidi kimi formalaşdırılması, yəni Sîsial İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması məsələsi gündəlikdədir. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (ASK) arasında bağlanan Baş Kollektiv Sazişlərdə belə komissiyanın yaradılması barədə öhdəlik əksini tapıb.

S.Müslümov bildirib ki, mütərəqqi dünya təcrübəsində bununla bağlı çoxsaylı nümunələr var. Belə ki, Avropa İttifaqına üzv dövlətlərin bir çoxunda, o cümlədən Avstriya, Fransa, Belçika, Bolqarıstan, İtaliya, Çexiya, Finlandiya, Litva, Yunanıstan, Macarıstan s. ölkələrdə, habelə qardaş Türkiyədə, MDB dövlətlərindən Rusiya, Moldova Ukraynada da belə üçtərəfli komissiyalar mövcuddur. Təbii ki, bu qurumlar öz ölkələrində sosial-iqtisadi siyasətlərin hazırlanması uğurla icrasına, əmək sosial hüquqların təmin olunmasına fəal dəstək verirlər.

Üçtərəfli Komissiyanın əmək münasibətlərinin tərəfləri (dövlət, işəgötürənlər işçilər) arasında daha səmərəli əlaqələndirmə üçün mühüm vasitə olduğunu bildirən nazir əlavə edib ki, ölkəmizdə hər üç tərəfin yüksək nümayəndəli orqanı (NK, AHİK ASK) vardır. Bu orqanlar arasında hər üç ildən bir bağlanan Baş Kollektiv Sazişlərdə onların öhdəlikləri müəyyən edilir. Bu öhdəliklərin daha uğurlu icrası üçün tərəflər arasında əlaqəli fəaliyyətin gücləndirilməsi vacibdir Üçtərəfli Komissiyanın yaradılması bunun üçün mühüm vasitə olacaq. Komissiyanın yaradılmasında əsas məqsəd ölkədə sîsial-iqtisadi siyasətin aparılmasında razılaşdırılmış ümumi prinsiplərin müəyyən olunması üçün təkliflər verilməsi, sîsial-əmək münasibətlərinin tənzimlənməsi sîsial sabitliyin daha da möhkəmlənməsi üçün sosial dialoqun inkişafına dəstək verməkdir.

Komissiya kollektiv danışıqların aparılması, növbəti Baş Kollektiv Sazişlərin layihələrinin hazırlanması üzrə işlərin əlaqələndirilməsi, məşğulluq, sosial təminat sahələrində qanunvericilik layihələrinin hazırlanmasında, habelə beynəlxalq əmək normalarının ratifikasiyası tətbiqində məsləhətləşmələrin aparılması, sosial-əmək münasibətlərinin tənzimlənməsinə yardım edilməsi s. vəzifələri yerinə yetirəcək. Həmçinin müvafiq beynəlxalq təcrübə öyrəniləcək, aidiyyəti beynəlxalq tədbirlərdə tərəflərin iştirakı təmin olunacaq, görüləcək işlər barədə mütəmadi ictimai məlumatlandırma təmin ediləcək. Qeyd olunan Komissiyanın yaradılması barədə təkmilləşdirilmiş layihə bu ilin avqustunda hökumətə təqdim edilib hazırda layihənin razılaşdırılması istiqamətində işlər aparılır.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev müasir dövlət quruculuğu prosesinin geniş vüsət aldığı ölkəmizdə mütərəqqi dünya təcrübəsi əsasında sosial tərəfdaşlıq sahəsində fəaliyyətin təkmilləşdirilməsinin mühüm vəzifələrdən olduğunu vurğulayıb. E.Mehdiyev vətəndaşların əmək hüquqlarının təminatında birgə səylərin artırılmasına xidmət edəcək Üçtərəfli Komissiyanın nəticə etibarilə korporativ sosial məsuliyyətin formalaşdırılması üçün sosial dialoqun gücləndirilməsində mühüm vasitə olacağını insanların gələcəkdə layiqli pensiya təminatı hüquqlarına sahib olmalarına da müsbət təsirini göstərəcəyini bildirib.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev həmkarlar təşkilatlarının sosial tərəfdaşlıq müstəvisində səylərini artırmağa hazır olduğunu qeyd edib. O bildirib ki, əmək sosial hüquqların təmin olunmasında sosial tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, bunun üçün ən yaxşı alət kimi Sîsial İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın formalaşdırılması vacibdir. Bu sahədə qabaqcıl dünya təcrübəsindən istifadə edilməsi məqsədyönlü ola bilər.

ASK-nın Baş katibi Natəvan Məmmədova yaradılacaq Komissiyanın Baş Kollektiv Sazişin icrası prosesində işəgötürənlərin daha fəal iştirakına imkan yaradacaq. N.Məmmədova sosial tərəfdaşlar arasında Üçtərəfli Komissiyanın yaradılmasının bütün tərəflərin yekdil məramı olduğunu bu yöndə ASK tərəfindən bütün lazımi tədbirlərin görüləcəyini vurğulayıb.

BƏT-in idarəetmə məsələləri üzrə departament direktorunun müavini Kamran Fənnizadə sosial tərəfdaşlıq əlaqələrinin daha sistemli şəkildə qurulmasının sosial-əmək münasibətlərinin arzuolunan səviyyədə tənzimlənməsi üçün mütərəqqi təcrübədə sınaqdan çıxmış uğurlu vasitə olduğunu bildirib. O, BƏT-in müvafiq Konvensiyalarında da sosial tərəfdaşlığın mütəmadi təbliğ edildiyini, ölkəmizdə üçtərəfli sosial dialoq üzrə institisional strukturun yaradılması prosesinin BƏT tərəfindən daim dəstəkləndiyini vurğulayıb.

Seminarda üçtərəfli sosial dialoq üzrə institisional strukturun yaradılması sahəsində beynəlxalq təcrübə, habelə Azərbaycanda üçtərəfli sosial dialoqun mövcud vəziyyəti barədə məlumatlar verilib, yaradılacaq Komissiyanın hüquqiinstitisional çərçivəsi, onun təşkili üzrə görüləcək işlər müzakirə olunub. Müzakirələrin yekunu olaraq, ölkəmizdə Sîsialİqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılmasının sosial tərəfdaşlar tərəfindən dəstəklənməsi, Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsinin proporsional əsaslarla həyata keçirilməsi ilə bağlı səylərin artırılması, BƏT tərəfindən bu Komissiyanın yaradılması üçün texniki dəstək göstərilməsi barədə yekdilliklə qərar qəbul olunub.

 

Azərbaycan. - 2014.- 12 noyabr.- S. 5.