“Bakı Elm Festivalı – 2014” öz işinə başlayıb
Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında
(AMEA) “Bakı Elm Festivalı-2014”ün açılışı olub.
AzərTAc xəbər
verir ki, festival AMEA-nın təşkilatçılığı,
Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin,
Bakı Şəhər
İcra Hakimiyyətinin
təşkilati dəstəyi,
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin və “Azercell”in sponsorluğu ilə keçirilir.
Açılış mərasimində
AMEA-nın prezidenti, akademik Akif Əlizadə
çıxış edərək
Azərbaycanda ilk dəfə
keçirilən Bakı
Elm Festivalının ölkəmiz
və elmimiz üçün böyük
əhəmiyyət daşıdığını,
həmçinin, elmi nailiyyətlərin təbliğində
önəmli yer tutduğunu vurğulayıb.
Bildirilib ki, elmimizin uğurlarının
nümayiş olunduğu
və hər il keçirilməsi
planlaşdırılan festivalda
akademiyanın bütün
elmi müəssisə
və təşkilatları
ilə yanaşı, bir sıra ali
və orta təhsil müəssisələrinin
nümayəndələri də
iştirak edirlər. 10 noyabr - Dünya
Elm Gününə təsadüf
edən festivalın əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş
ictimaiyyətə tanıtmaq,
müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi tədqiqat işlərinə maraqları
artırmaqdır. Həmçinin,
festival ictimaiyyətin elm və
texnika sahəsində
əldə olunmuş
yeniliklərlə tanış edilməsi,
elm və cəmiyyət
arasında dialoqun yaradılması baxımından
böyük əhəmiyyətə
malikdir. Azərbaycan elminin bu gün yüksək potensialı, çox böyük uğurları,
nailiyyətləri var. İnanırıq
ki, festivalın keçirilməsi elmimizin
inkişafına dəstək
verəcək və
AMEA-nın elmi kadr baxımından uğurlarının artmasına
imkan yaradacaq.
A.Əlizadə ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən
xüsusi dövlət
qayğısından, alimlərimizin
əldə etdiyi uğurlu elmi tədqiqatların əhəmiyyətindən,
gənc alimlərə
yaradılan şəraitdən
danışıb. O, AMEA-nın
bir sıra dövlət qurumları ilə əməkdaşlığı
çərçivəsində həyata keçirilən
layihələrin əhəmiyyətini
qeyd edib.
AMEA-nın
prezidenti bildirib ki, elm festivalı çərçivəsində bir sıra tədbirlər
keçiriləcək. Akademiyanın
Milli Azərbaycan Tarixi, Arxeologiya və Etnoqrafiya muzeylərinə ekskursiyalar
təşkil ediləcək.
Bundan əlavə, festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş olunacaq.
Gənc alimlərin elmin müxtəlif sahələri üzrə
çıxışları, həmçinin, yaradıcılıq
emalatxanaları və
interaktiv sərgilərlə
tanışlıq, müsabiqələr,
yeni elmi nailiyyətləri özündə
əks etdirən məruzələr, cəlbedici
elmi şoular, akademiyanın müəssisə
və təşkilatlarına
aid elmi-populyar filmlərin
nümayişi nəzərdə
tutulur.
Tədbirdə yeni elmi texnologiya
və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə
fəaliyyət göstərən
ali və
orta ixtisas təhsil müəssisələri,
eləcə də akademiyanın institut və təşkilatları
öz elmi nəticələrini nümayiş
etdirəcəklər.
Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov çıxışında, Prezident
İlham Əliyevin
2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında elmin qarşısında qoyulan
mühüm vəzifələrdən
və bu istiqamətdə görülən
işlərdən söz
açıb. Avropa Nüvə
Tədqiqatları Mərkəzi
və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində
həyata keçirilən
layihələrin əhəmiyyətini
xüsusi qeyd edib. Özəl sektorun bu gün elmə daha çox ehtiyacı olduğunu diqqətə çatdıran
Ə.Abbasov bildirib ki, elmin, təhsilin
inkişafı təkcə
AMEA-da aparılan işlərdən asılı
deyil, cəmiyyət bu prosesdə yaxından iştirak etməlidir. Cəmiyyətdə insan potensialı, elm və bilik potensialı
gələcək inkişafımız
üçün vacib
bir amildir.
Tədbirin Azərbaycan elminin inkişafına böyük töhfə verəcəyinə əminliyini vurğulayan Ə.Abbasov dövlət və özəl sektorları elmi dəstəkləməyə çağırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov “Bakı Elm Festivalı -2014”ün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Sənaye ili”ndə keçirildiyini xatırladıb. Dünyada texnologiyanın sürətli inkişafını qeyd edən F.Qurbanov bu sahədə azərbaycanlı alimlərin yüksək nailiyyətlər qazandıqlarını bildirib. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə elmin və təhsilin inkişafına göstərdiyi qayğıdan söz açan nazir müavini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Vurğulanıb ki, ölkəmizdə elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsədi elm və təhsilin vəhdətinə nail olmaq, elmi fəaliyyətin məqsədyönlü istiqamətləndirilməsi üçün onun məhsuldar və innovativ qüvvələrə çevrilməsini təmin etməkdir. Elm və təhsilin birgə inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə və iqtisadiyyatımızın peşəkar mütəxəssislərlə təmin olunmasına imkan yaradacaq. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltməkdir. Bunun üçün Təhsil Nazirliyi AMEA-nın bir sıra elmi tədqiqat mərkəzləri ilə elmi əməkdaşlığı genişləndirməyə böyük önəm verir.
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı, akademik Asəf Hacıyev festivalın elmi nailiyyətlərin təbliğində, elmə marağın artırılmasında mühüm rol oynayacağına əminliklərini bildiriblər. Qeyd olunub ki, dövlətimiz tərəfindən alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəaliyyətinin qiymətləndirilməsi Azərbaycanda elmin yüksək səviyyədə, sürətli inkişafına təkan verib. Ölkəmizdə Elmin İnkişafı Fondunun yaradılması, AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi, elm və təhsil üzrə bir sıra layihə və islahatların həyata keçirilməsi bu sahəyə diqqət və qayğının parlaq nümunəsidir.
Daha sonra festival bədii hissə ilə davam edib. Festivalın marşı
səslənib, əyləncəli
elmi şoular nümayiş etdirilib.
AMEA-nın
institut və elmi təşkilatlarının,
regional bölmələrinin elmi nailiyyətlərini əks etdirən sərgi açılıb.
Sərgidə gənc alimlərin elmi maraq kəsb
edən tədqiqat işlərinin nəticələri,
multimedia instollasiyaları, elmi
şoular, robotların
yarışı böyük
maraqla qarşılanıb. AMEA-nın
müxtəlif institut
və elmi tədqiqat mərkəzləri,
ali təhsil
ocaqları tərəfindən
nəşr edilmiş
ədəbiyyat nümunələri
də sərgidə yer alıb.
Bakı Elm Festivalının birinci günü Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi və digər yerlərə ümumilikdə səkkiz elmi ekskursiya təşkil olunub. Həmçinin,
AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat institutlarında,
Azərbaycan Dövlət
Neft Akademiyası, BDU,
Azərbaycan Tibb Universiteti və digər ali məktəblərdə 23 elmi-populyar
mühazirələr keçirilib.
Eyni zamanda, 6, 23 və 132 və 134 nömrəli orta məktəblərdə
festivalın proqramlarını
izləmək mümkün
olub.
Bakı Elm Festivalı noyabrın 11-də
ölkə alimlərinin
ixtiralarına aid eksponatların
nümayişi, maraqlı
mühazirələr və
əyləncəli elmi
şoularla davam edəcək.
Azərbaycan. - 2014.- 12 noyabr.- S. 5.