Şərur rayonunda
yeni sosial obyektlər istifadəyə
verilib
Dövlət qurumları
yeni inzibati binada fəaliyyət göstərəcək
Naxçıvan Muxtar Respublikasında dövlət
qurumlarının iş
şəraitinin yaxşılaşdırılması
diqqət mərkəzində
saxlanılır. Son illər müasir inzibati binaların tikilməsi, mövcud binalarda yenidənqurma işlərinin aparılması
da məqsədə xidmət edir. Yaradılan şərait əhaliyə
göstərilən xidmətin
keyfiyyətinin yüksəldilməsinə
imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a
bildirilib ki, noyabrın 11-də Şərur
şəhərində dövlət
qurumları üçün
yeni inzibati bina istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov açılış
mərasimində çıxış
edərək deyib: Şərur rayonunda həyata keçirilən
quruculuq tədbirlər
bütün sahələri
əhatə edir. Təhsil, səhiyyə, mədəniyyət və
digər dövlət
strukturlarının iş
şəraitinin yaxşılaşdırılması,
ictimai yaşayış
binalarının yenidən
qurulması, hərbi xidmət zamanı sağlamlığını itirmiş
şəxslərin evlərlə
təmin olunması bu sahədə görülən işlərin
tərkib hissəsidir.
Bu gün istifadəyə
verilən inzibati binada Şərur rayonunun 9 dövlət təşkilatı fəaliyyət
göstərəcəkdir.
Ali Məclisin Sədri daha sonra deyib: Yaxşı
iş şəraiti xidmətin düzgün təşkili ilə yanaşı, həm də yaxşı əhval-ruhiyyə deməkdir.
Eyni zamanda hərtərəfli iş
şəraitinin yaradılması
dövlət təşkilatlarında
çalışanlara göstərilən
qayğının daha
bir ifadəsidir. Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması,
onların problemlərinin
araşdırılması və
qanuni şəkildə
həll olunması isə dövlət orqanlarının qarşısında
duran əsas vəzifələrdir. Binada fəaliyyət
göstərəcək dövlət
qurumları da qarşıya qoyulan bu vəzifələri uğurla yerinə yetirməli, əməkdaşlar
işə məsuliyyətlə
yanaşmalı, yaradılan
şəraitə öz
xidməti vəzifələrini
düzgün icra etməklə cavab verməlidirlər.
Ali Məclisin
Sədri qarşıya
qoyulan vəzifələrin
uğurla yerinə yetiriləcəyinə, aidiyyəti
üzrə müraciət
edən vətəndaşların
qayğı ilə əhatə olunacağına
əminliyini bildirib, kollektivlərə işlərində
uğurlar arzulayıb.
Açılışı bildirən
lent kəsildikdən sonra
binaya baxış olub.
Məlumat verilib ki, yenidənqurma işlərindən sonra inzibati binada Naxçıvan Muxtar Respublikası Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin
Şərur rayon şöbəsi,
Şərur Şəhər
İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik, Mənzil
İstismar Sahəsi,
rayon Məşğulluq Mərkəzi,
Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətinin Şərur
rayon şöbəsi, Naxçıvan
Muxtar Respublikası Qızıl Aypara Komitəsinin rayon bölməsi
fəaliyyət göstərəcək.
Binada Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının rayon təşkilatı,
Azərbaycan Vətən
Müharibəsi Veteranları
və Şəhid Ailələrinin Naxçıvan
Muxtar Respublikası Təşkilatının Şərur
rayon şöbəsi və
Şərur rayon 2 nömrəli
Dövlət Notariat Kontoru üçün də müasir iş otaqları ayrılıb.
Otaqların hər biri təyinatı üzrə qurulub və ayrı-ayrı strukturların iş prinsipinə uyğun təchiz olunub. Bütün bunlar əməkdaşların
səmərəli fəaliyyət
göstərməsinə və
sakinlərin rahatlığının
təmin olunmasına xidmət edəcək.
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin Şərur
rayon şöbəsi üçün
ayrılan iş otaqlarına baxış zamanı torpaqlardan təyinatı üzrə
səmərəli istifadənin
əhəmiyyəti vurğulanıb.
Rayon Məşğulluq Mərkəzi
üçün yaradılan
müasir iş şəraiti bu sahədə fəaliyyətin
daha səmərəli
təşkilinə imkan
verəcək. Qeyd olunub
ki, əldə olunan davamlı iqtisadi inkişaf Şərur rayonunda məşğulluq məsələlərinin
də səmərəli
həllini şərtləndirib,
məşğulluq səviyyəsinin
daha da yüksəldilməsi
istiqamətində ardıcıl
tədbirlər görülüb.
Təkcə bu ilin 10 ayı ərzində rayonda 4 əmək yarmarkası keçirilib,
107 nəfər daimi işlə təmin olunub.
Şərur şəhərində
ictimai yaşayış
binası
yenidən qurulub
Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq
tədbirləri inzibati
binalarla yanaşı,
yaşayış binalarının
da müasir standartlar səviyyəsində
yenidən qurulmasına
səbəb olub. Sakinlərin rahatlığına
xidmət edən bu işlər Şərur şəhərini
də əhatə edib, şəhər mərkəzindəki ictimai
yaşayış binaları
əsaslı təmir
olunub. Həyata keçirilən tədbirlər Şərur
şəhərinin memarlıq
quruluşunu tamamilə
dəyişib, prospekt
və küçələr
müasir görkəm
alıb. Şəhərin
Nəriman Nərimanov
küçəsindəki 7 nömrəli yaşayış
binası da bu il həyata keçirilən
quruculuq tədbirləri
çərçivəsində yenidən qurulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov sakinləri təbrik edərək deyib: Şərur rayonunda aparılan abadlıq-quruculuq işləri
çərçivəsində 7 nömrəli ictimai yaşayış binası
da əsaslı şəkildə yenidən
qurulmuşdur. 1964-cü ildə istifadəyə verilən bina müasir tələblər
səviyyəsində qurulmuş,
mənzillərin sahəsi
genişləndirilmiş, burada
yaşayan 18 ailənin
sosial məişət
şəraiti xeyli yaxşılaşdırılmışdır.
Sakinlər adından minnətdarlıq
edən Rəşidə Vəliyeva deyib ki, bu gün
ölkəmizdə həyata keçirilən tədbirlər,
aparılan islahatlar əhalinin rahat yaşayışına xidmət edir. Bu tədbirlər
Şərur rayonunu da
əhatə edib. Şərur şəhəri
artıq müasir görkəm alıb. Hər il yeni binalar
tikilir, park və xiyabanlar salınır, yollar təmir olunur. Bu işlər
əhalinin rahat yaşayışına xidmət
etməklə yanaşı,
onların qurub-yaratmaq
əzmini də artırır. Artıq 7 nömrəli
ictimai yaşayış
binasının sakinləri
mənzillərində rahat
yaşayacaqlar.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini
təqdim edib, sakinlərə xoş həyat və uzun ömür arzulayıb.
Bildirilib ki, 2 mərtəbədən
ibarət olan binada 18 mənzil var. Mənzillərdən 15-i ikiotaqlı,
3-ü isə üçotaqlıdır. Binanın interyeri
tamamilə yenilənib,
hər bir mənzildə kommunal şərait yaradılıb.
Yenidənqurma işləri zamanı
binanın elektrik, qaz, su və
kanalizasiya sistemləri
dəyişdirilib, mərkəzi
antena sistemi qurulub. Şəhərə xüsusi gözəllik
bəxş edən binanın fasadı da tamamilə yenilənib, həyətdə
abadlıq işləri
görülüb, yaşıllıqlar
salınıb.
Sosial qayğıya
ehtiyacı olan Çomaxtur kənd sakinləri
üçün fərdi
evlər tikilib
Muxtar respublikada insanların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması diqqət mərkəzindədir. Bu tədbirlərin davamı
olaraq hərbi xidmət zamanı sağlamlığını itirmiş
Şərur rayonunun Çomaxtur kənd sakinləri Rəşad Şahtaxtinski və Nəbi Nəcəfov üçün fərdi evlər tikilib.
Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov fərdi yaşayış evlərinin
orderlərini təqdim
edib.
Rəşad Şahtaxtinski yeni mənzillə təmin olunmalarını bu kateqoriyadan olan insanlara göstərilən
qayğının daha
bir ifadəsi kimi dəyərləndirib,
ailə üzvləri
adından minnətdarlıq
edib.
Mənzillərdə sakinlərin rahatlığı
üçün hər
cür şərait
var. İkiotaqlı evlərin
hər birində müasir kommunal şəraiti yaradılıb,
elektrik və qaz xətləri çəkilib.
Şərur şəhərində
idman meydançası
istifadəyə verilib
Son illər
Şərur rayonunda yaradılan müasir idman infrastrukturu gənclərin idmana olan marağını xeyli artırıbdır. Ayrı-ayrı
idman növlərinin inkişafı üçün
görülən bu işlər idmanın kütləviliyinə nail olunmasına
və fiziki cəhətdən sağlam
gəncliyin yetişdirilməsinə
hesablanıb.
Noyabrın 11-də Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif Talıbov Şərur şəhərindəki
Əl Topu Oyunları İdman Meydançasında yaradılan
şəraitlə tanış olub.
Bildirilib ki, meydançanın uzunluğu 42, eni isə 31 metrdir. 292 tamaşaçı tutumu olan meydançada müxtəlif səviyyəli
idman yarışlarının
keçirilməsi üçün
hər cür şərait yaradılıb.
Gənclər burada günün istənilən
saatında idmanla məşğul ola
biləcəklər.
Ali Məclisin
Sədri gənclərin
idmana cəlb edilməsinin vacibliyini vurğulayıb, rayon təşkilatları
və ümumtəhsil
məktəbləri arasında
müxtəlif idman yarışlarının keçirilməsi
barədə tapşırıqlar
verib.
* * *
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində
aparılan quruculuq işləri ilə də maraqlanıb.
Məlumat verilib
ki, hazırda Şərur şəhərinin
Heydər Əliyev prospektində yerləşən 50 nömrəli
ictimai yaşayış binası yenidən
qurulur. Üç mərtəbədən
ibarət olan binada 24
mənzil var. Binanın qapı və pəncərələri
dəyişdirilib, kommunikasiya sistemləri
tamamilə yenilənib. Hazırda binanın fasadında və
həyətində də yenidənqurma işləri
aparılır.
Azərbaycan.
- 2014.- 12 noyabr.- S. 6.