Cənub
bölgəsinin təbiəti, tarix və
mədəniyyət abidələri məktəblilərdə
zəngin təəssüratlar yaradıb
“İlk dəfədir Azərbaycanın regionlarına səyahət edirəm. Cənub bölgəsinin təbiəti, tarix və mədəniyyət abidələri məndə zəngin təəssürat yaradıb”.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində cənub bölgəsində olan, Bakı şəhərinin Yasamal rayonundakı Bakı-Avropa liseyinin IX sinif şagirdi Fidan Hüseynova AzərTAc-a müsahibəsində söyləyib.
F.Hüseynova
deyib: “Masallıda “İsti-su”
müalicəvi turizm və istirahət mərkəzində
gördüyüm mənzərə məni
heyran etdi. Burada isti su
iri gövdəli palıd
ağacının altından çıxır. Ancaq, 80-100 dərəcə istiliyi
olan suyun ağaca heç bir ziyanı dəymir. Uzun
müddət SSRİ-yə rəhbərlik etmiş
İosif Stalinin Lənkərandakı
Darəvi Qalada dustaq
olması barədə xəbəri məhz tur-aksiya
zamanı eşitdim. Lerikdə doğulub boya başa çatan, planetimizin ən qocaman sakini, dağlar qoynunda 168 il ömür sürmüş
Şirəli Müslümovun şəklini
ilk dəfə Lerik
şəhərindəki “Uzunömürlülər muzeyi”ndə
gördüm. Bütün
bunlar məni çox
sevindirir. Tur-aksiya
iştirakçıları adından bizə bu
sevinci bəxş edən ölkəmizin
başçısına minnətdarlığımı
bildirirəm”.
Azərbaycan.
- 2014.- 13 noyabr.- S.10.