Azərbaycan
Respublikasının Konstitusiyası ümummilli
lider Heydər Əliyevin şah
əsəridir
Fövqəladə Hallar Nazirliyinin
(FHN) Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr
olunan tədbir keçirilib.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov tədbiri açaraq bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də xalqımız tarixi seçimini edərək ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul edib.
FHN-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, sonra “Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin şah əsəridir” və “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər ölkədə demokratiyanın inkişafına xidmət edir” mövzularında məruzələr dinlənilib.
Sonda
Azərbaycan Respublikasının Konstitusiyasına həsr olunan videoçarx nümayiş olunub.
Azərbaycan.
- 2014.- 13 noyabr.- S.7.