Tatyana Xrulyova: Təsadüfi deyil ki, Bakını Qafqazın Parisi adlandırırlar

 

“Rosbalt” informasiya agentliyinin saytında Tatyana Xrulyovanın Azərbaycana həsr etdiyi “Qonşulara tez-tez qonaq getmək lazımdır” sərlövhəli məqaləsi yerləşdirilib. AzərTAc həmin məqaləni qısa ixtisarla təqdim edir.

“İldə azı bir dəfə doğma şəhərin hüdudlarından kənara getməyə adət etmiş rusiyalılar tez-tez deyirlər ki, onlar Avropa ölkələrinin çoxunuya ekzotik ölkələri Rusiyadan daha yaxşı tanıyırlar. İndi “yaxın xaric” deyilən ölkələr haqqında isə, demək olar ki, heçbilmirik, hərçənd yaxın vaxtlara qədər Rusiya onlarla eyni dövlətin tərkibində idi.

Əvvəl planlaşdırdığımdan fərqli olaraq, məzuniyyətimi ÇexiyadaAvstriyada deyil, Azərbaycanda keçirməyi qərara alanda dost və tanışlarımın çoxu mənim bu seçimimə ən azı heyrətləndi. Lakin sən demə, Azərbaycan o qədər gözəl və maraqlı ölkədir ki, onunla tanış olmaq üçün oraya bir dəfə getməklə kifayətlənmək çox çətindir.

Heç şübhəsiz, hər bir turisti Azərbaycana cəlb edən cazibə mərkəzi Bakıdır. Burada, necə deyərlər, hər kəsin zövqünə uyğun görməli yerlər var. Bu, ilk növbədə İçərişəhərə - qala divarları ilə əhatə olunmuş qədim şəhərə aiddir. İçərişəhərdə təxminən 1300 ailə yaşayır. Onun ərazisində onlarca tarixi abidə yerləşir. Bu abidələrin ən məşhurları Şirvanşahlar sarayı və Qız Qalasıdır.

Qız Qalası bu şəhərin ən məşhur rəmzlərindən biri hesab edilir. Yeri gəlmişkən, arxeoloqların bu qalanın yaşı barədə mübahisələri hələ də davam edir. Lakin bir fakt dəqiq məlumdur ki, Qız Qalası XII əsrdən gec olmayaraq ucaldılıb. Qalanın adı barədə çoxlu rəvayətlər var. Bir qayda olaraq bütün rəvayətlərin sonu eynidir: Şahın qızı sevmədiyi şəxsə ərə getməkdən imtina edirözünü qüllənin zirvəsindən atır. Başqa bir fərziyyəyə görə “Qız Qalası” adı onunla bağlıdır ki, düşmən heç vaxt bu qalanı tuta bilməyib və o, bakirə qız kimi toxunulmaz qalıb.

Yeri gəlmişkən, İçərişəhər məşhur “Brilyant əl” kinosuna tamaşa etmiş hər kəsə tanışdır. “Təzadlar şəhəri”, o cümlədən aptek və “lənətə gələsən” parolu ilə bağlı məşhur epizod məhz İçərişəhərdə çəkilib. “Tehran-43”, “Amfibiya-adam”, “Aybolit-66”, “Qorxma, mən səninləyəm” və bir sıra başqa filmlərdə də bu qədim şəhərin ensiz küçələrini görmək olar.

İçərişəhər tarixi irsi qoruyub saxlamaq və dəstəkləmək nümunəsidirsə, qala divarlarından kənarda yerləşən müasir Bakı əsl tikinti bumu dövrünü yaşayan məkandır. Əvvələn qədim binaların, o cümlədən sovet dövründə tikilmiş binaların fasadlarının abadlaşdırılması üzrə çox böyük aparılır. Şəhərin mərkəzindəki evlərin demək olar ki, hamısına əhəngdaşından üzlük çəkilib. Bu memarlıq həllinin tətbiqi nəticəsində şəhərin xarici görkəmi birmənalı olaraq yaxşılaşıb. Həmin proqram tədricən mərkəzdən kənardakı yaşayış massivlərini də əhatə edəcək.

İkincisi, son illərdə Bakıda çoxsaylı ultramüasir binalar və göydələnlər inşa edilib. Birləşmiş Ərəb Əmirliklərində olmuş tanışlarım deyirlər ki, tikinti işlərinin miqyasına görə Bakını yalnız Dubayla müqayisə etmək olar. Məsələn, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi Bakı Kristal sarayı və layihəsində düz xətlərdən demək olar ki, istifadə edilməmiş Heydər Əliyev Mərkəzi müasir Bakının rəmzlərinə çevrilib. Versiyalardan birinə görə, Heydər Əliyev Mərkəzinin memarlıq əsasını Azərbaycanın Ümummilli Liderinin imzası təşkil edir.

Təbii ki, Alov qüllələri adlanan üç bina xüsusi diqqətə layiqdir. Bu gün Bakıda ən uca binalar olan bu üç bina zahiri görkəminə görə alovun dillərini xatırladır. Tikintisi yalnız 2012-ci ildə başa çatdığına baxmayaraq, bu binalar Bakının rəmzi statusunu Qız Qalasının əlindən alıb. Bu göydələnlər gecə vaxtı daha möhtəşəm görünür. Səbəb odur ki, həmin binaların fasadlarındakı işıq-diod ekranlarında Azərbaycan bayrağının rəngləri və od təsvirləri bir-birini əvəz edir.

Bakı günün qaranlıq vaxtında daha yaxşı təsir bağışlayır. Günəş qürub edəndə şəhər sanki yanmağa və işıqlanmağa başlayır: evlər, fəvvarələr, bulvarlar, xiyabanlar, dövlət bayraqları – hamısı işıqlandırılır.

Azərbaycanın paytaxtı daim dəyişir. Cəmi üç il bundan əvvəl burada olanlar deyirlər ki, hətta bu qısa müddətdə Bakı çox dəyişib. Bu gün ən sanballı layihə “ şəhər” layihəsidir. Həmin layihəyə görə, Bakının mərkəzindən şərqdə yerləşən, əvvəllər “Qara şəhər” adı ilə məşhur olan sənaye rayonunun yenidən qurulması və inkişaf etdirilməsi nəzərdə tutulur. Yerli sakinlərin və şəhərin qonaqlarının sevimli gəzinti yeri olan Bakı dənizkənarı bulvarında tikinti işləri başa çatandan sonra bulvarın uzunluğu 25 kilometrə çatacaqo, dünyada ən uzun bulvar olacaq (hazırda onun uzunluğu “cəmi” 5,5 kilometrdir). İcrasına yaxın vaxtlarda başlanacaq daha bir möhtəşəm layihə dünyada ən uca bina tikintisi olacaq (bu binanın hündürlüyü 1000 metrdən artıq olacaq).

Bakıda cinayətkarlığın aşağı səviyyədə olması diqqətəlayiq faktdır. Mən aeroportdan şəhərə gedərkən taksi sürücüsü dedi: “Şəhərimiz çox təhlükəsizdir, axşamlar rahatca gəzə bilərsiniz, heç nədən qorxmayın”. Əvvəlcə mən bu sözlərə bir qədər şübhə ilə yanaşdım. Lakin bir neçə saatdan sonra bu şübhədən əsər-əlamət qalmadı. Bunu statistik rəqəmlər də təsdiq edir: 2013-cü ildə Bakı sakinlərinin hər 1000 nəfərinə düşən cinayətlərin sayı orta hesabla 4,5-ə bərabər olub. Bu, MDB məkanında ən aşağı göstəricidir. Əlbəttə, insan hər yerdə və həmişə macəra ilə üzləşə bilər. Lakin cəsarətlə deyə bilərəm ki, Bakıda macəra tapmaq üçün Moskva, Nyu-York, Roma, Şanxay və dünyanın digər turizm mərkəzlərində olduğundan bir qədər çox vaxt sərf etmək lazım gələcək.

Bakı turistlər üçün çox rahat şəhərdir. Burada turizm infrastrukturu çox yaxşı inkişaf edib. Lakin rusdilli gəlmələr burada özlərini xüsusilə rahat hiss edir. Azərbaycanda rus dilinin vəziyyəti əladır, azərbaycanlılar gündəlik ünsiyyətdə bu dildən gen-bol istifadə edirlər. Yalnız Azərbaycanın müstəqil dövlət kimi təşəkkül etdiyi, Azərbaycan dilinin inkişafının böyük əhəmiyyət kəsb etdiyi dövrdə boya-başa çatmış, indi 20-30 yaşlarında olan gənclərin bəziləri (heç hamısı yox) istisna təşkil edir. Bu gün isə Bakıda valideynlərin öz uşaqları ilə rus dilində danışmalarını tez-tez eşitmək olar. Üstəlik, uşaq bağçalarında məktəblərdə övladlarını məhzrus sektorunayazdırmaq üçün müsabiqə var.

Bakı əsl Avropa şəhəridir. Təsadüfi deyil ki, onu Qafqazın Parisi adlandırırlar. Yeri gəlmişkən, Bakı bu titulu hələ XX əsrin əvvəlində qazanıb.

Yerli ekzotikailə tanış olmaq üçün paytaxtdan kənara getmək lazımdır. Azərbaycanda 9 iqlim zonası var. Təbiət çox sürətlə, bəzən qəflətən dəyişir. Bakıdan hansı istiqamətdə yola düşsən, çox maraqlı məqamlarla üzləşəcəksən.

Azərbaycanda görməli yerlər çoxdur: Qədim qayaüstü rəsmləri olan Qobustan arxeoloji qoruğu, gözəlliyi ilə heyrət doğuran qədim Gəncə şəhəri, parlaq alov dillərinin daşlardan özünə yol açdığı Yanardağ, Qəbələnin yaxınlığındakıYeddi gözəlşəlaləsibelə nümunələri çox saymaq olar.

Xəzər dənizi barədə ayrıca söhbət açmağa dəyər. Bakı iri sənaye neft mərkəzidir. Bu səbəbdən, şəhərin özündə çimərliklər demək olar ki, yoxdur əgər çimərlikdə bir neçə gün keçirmək istəsəniz, həmin günlərdə şəhər ətrafındakı otellərdə qalmağınız məsləhətdir. Çimərlik mövsümü təxminən mayın 15-də başlanır sentyabrın 15-nə qədər davam edir. Rusiyadan gələn bəzi turistlər isə yəqin ki, xüsusən küləksiz havalarda, oktyabrın əvvəlində dəniz suyunu yetərincə isti hesab edərlər.

Azərbaycana bir dəfə getməklə orada diqqətə layiq olan yerlərin hamısını görmək əsla mümkün deyil. Heyrətamiz yerli mətbəxi (xüsusən əgər siz qoyun ətini xoşlayırsınızsa) Azərbaycanın çox qonaqpərvər ölkə olmasını da buraya əlavə edin. Azərbaycanda dostlarınız varsa ya onlarla təzəcə dostlaşmısınızsa, yəqin bilin ki, bu səfəri unutmaq qeyri-mümkün olacaq. Bu diyarın adamları qonağın xatirinə, ona maksimum diqqət yetirmək üçün özlərinin bütün işlərini təxirə salırlar. Bu isə Azərbaycana dönə-dönə gəlmək üçün daha bir tutarlı səbəbdir”.

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.6.