İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri

 

Rəsmi qarşılanma mərasimi

 

Noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi.

İranın Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev Prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İran Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət hökumət nümayəndələri Prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhani rəsmi foto çəkdirdilər.

 

AzərTAc

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.1.