Geniş tərkibdə görüş
İran
Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri
Noyabrın 12-də rəsmi
qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və İran
İslam Respublikasının Prezidenti Həsən Ruhaninin
nümayəndə heyətlərinin iştirakı ilə
geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
- Hörmətli cənab Prezident, hörmətli qonaqlar.
Mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Cənab Prezident, mənə məlumat verildi ki, bu
gün Sizin
ad gününüzdür. Sizi ad gününüz münasibətilə
ürəkdən təbrik
edirəm, Sizə cansağlığı, yeni-yeni
uğurlar arzulayıram.
Şadam
ki, bu gün
Siz bizimlə bərabər Azərbaycandasınız.
Bu, Sizin prezident kimi Azərbaycana ilk rəsmi səfərinizdir. Əminəm ki, səfər çox uğurlu keçəcək və ikitərəfli əlaqələrimizə
yeni təkan verəcəkdir. Mən də
İrana öz rəsmi səfərimi məmnuniyyətlə xatırlayıram.
Bu ilin aprel
ayında gözəl
ölkənizdə oldum,
Sizinlə geniş fikir mübadiləsi apardıq, bu gün isə bu dialoq davam
etdirilir.
Şadam ki, Sizinlə bərabər böyük
nümayəndə heyəti
Azərbaycana gəlmişdir. Nümayəndə heyətlərinin üzvləri
bu gün bir-biri ilə sıx təmasda olacaq və çox önəmli məsələləri də
müzakirə edəcəklər.
Bizim əlaqələrimizin çox
gözəl tarixi və gözəl gələcəyi var. İndi
əlaqələrimiz yeni
mərhələyə qədəm
qoyub. Çox geniş gündəliyimiz
var. Siyasi, iqtisadi, mədəni, humanitar məsələləri müzakirə
edirik. Əlaqələrimizin təməlində tarixi tellər, ortaq mədəniyyət tarixi dayanır ki, bu da
inkişafda olan bugünkü əlaqələrimizin
rəmzidir.
Mən əminəm
ki, bu gün
və sabah
keçiriləcək danışıqlar,
aparılacaq fikir mübadiləsi İran ilə Azərbaycan arasındakı əlaqələri
daha da irəliyə
aparacaq. Müzakirə ediləsi məsələlər
çoxdur. Bütün məsələlər
çox səmimi şəkildə müzakirə
olunur. Bizim niyyətimiz də
birdir ki, xalqlarımızı, ölkələrimizi
bir-birinə daha da yaxın edək.
Bu, bizim əsas
məqsədimizdir və
bu hədəfə doğru inamla irəliləyirik.
Bir daha Sizi ürəkdən
salamlayıram. Əminəm ki, səfərin
çox gözəl nəticələri olacaq.
X X
X
İran Prezidenti
Həsən RUHANİ dedi:
- Çox təşəkkür edirəm
cənab Prezident. Çox sevinirəm ki, nümayəndə heyəti ilə birlikdə bu gün aramızda ortaq dəyərlərin olduğu dost, qardaş və qonşu Azərbaycanda Sizin qonağınızıq. Biz bu səfəri əvvəlki görüşlərimizlə
bərabər elə bir səviyyədə qiymətləndiririk ki, qarşılıqlı əlaqələrin
genişlənməsi və
möhkəmlənməsi üçün
irəliyə atılan
addım olsun. Biz Davosda, Tehranda,
Həştərxanda və
bu gün də Bakıda görüşürük, müzakirələr
aparır və artıq bu, bizim dördüncü görüşümüzdür. Düşünürəm ki, biz dörd
mərhələdə irəliyə
doğru addımlar atmışıq. Şübhə yeri yoxdur ki,
ölkələrimiz arasındakı
əlaqələr iki
xalqın mənafeyinə
xidmət edəcək.
Ölkələrimiz arasındakı əlaqələrin
genişlənməsi üçün
mövcud olan imkanlardan yaxşı istifadə edə bilərik. Əvvəlki bütün danışıqlarda,
məsul şəxslərin
görüşlərində və əldə olunan razılaşmalarda
biz iki ölkə arasında mövcud olan imkanların yalnız cüzi hissəsindən istifadə
etmişik. Amma bununla yanaşı, iqtisadi, mədəni, sərhəd məsələlərində,
Xəzər dənizindən
istifadə, həmçinin
siyasi, beynəlxalq məsələlərdə əməkdaşlıq
üçün böyük
potensial var. Biz bu gün və sabah danışıqlarda
bütün sahələrdə
əməkdaşlığın genişlənməsi üçün
imkanlardan istifadə edəcəyik. Yaranan fürsətdən istifadə edib maraq doğuran bütün məsələlər
haqqında müzakirələr
aparacağıq. Şübhəsiz ki, bütün bu danışıqlar yaxın gələcəkdə
növbəti əlaqələrin
genişlənməsinə və möhkəmlənməsinə
təsir göstərəcək.
AzərTAc
Azərbaycan.
- 2014.- 13 noyabr.- S. 1.