Azərbaycan
Prezidenti İlham
Əliyevin və İran Prezidenti
Həsən Ruhaninin təkbətək görüşü
İran
Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri
Noyabrın 12-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və İran
İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək
görüşü olub.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Bu səfərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirildi. Görüşdə ikitərəfli münasibətlərə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.
- 2014.- 13 noyabr.- S. 1.