"Mərkəzi icra hakimiyyəti
orqanları tərəfindən konkret sahələr
üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları"nın və "Elektron
xidmət növlərinin Siyahısı"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli
qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 364 Bakı şəhəri, 4
noyabr 2014-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹ 11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə 868, ¹ 8, maddələr 1005, 1018, ¹ 11, maddə 1466, ¹ 12, maddə 1639; 2014, ¹ 1, maddə 69, ¹ 2, maddələr 191, 201, 207, ¹ 3, maddələr 307, 317, ¹ 4, maddə 449, ¹ 5, maddə 560, ¹ 6, maddələr 733, 747, ¹ 7, maddələr 920, 953) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"na aşağıdakı məzmunda 9.13-9.15-ci bəndlər əlavə edilsin:
9.13.
Əmək müqaviləsi bildiriºlərinin qeydiyyata alınması və bu barədə iºəgötürənə məlumatın verilməsi
9.14.
Əmək müqaviləsi bildiriºləri barədə məlumatın işçilərə verilməsi
9.15.
Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiº müayinə barədə məlumatın verilməsi
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.
- 2014.- 13 noyabr.- S. 3.