Mərkəzi Seçki Komissiyası seminar-müşavirə keçirir

 

Mərkəzi Seçki Komissiyası seçki hüququnun pozulması ilə əlaqədar müraciətlərin dairə seçki komissiyaları nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına həsr olunmuş seminar-müşavirə keçirir.

MSK Katibliyinin mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində həyata keçirilən tədbirin əsas məqsədi vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada ətraflı, obyektiveffektiv araşdırılması, həmçinin şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır.

Layihə çərçivəsində iştirakçılara MSK üzvləri tərəfindən “Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciətlərin komissiya tərəfindən qəbul edilməsi, qeydə alınması və ekspert qrupu üzvlərinə çatdırılması”, “Müraciət etmiş şəxsin araşdırma prosesinə dəvət olunması və iştirakının təmin edilməsi” və “Seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin (şikayətlərin) DSK nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına dair tələblər” mövzularında təqdimatlar aparılacaq. Tədbir zamanı əvvəlki illərdə keçirilmiş seçkilərdə əldə olunmuş təcrübə və “öyrənilmiş dərslər”in müzakirəsi, eləcə də meydana çıxan sualların cavablandırılması nəzərdə tutulur.

Seminar-müşavirədə 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki keçiriləcək 118 seçki dairəsi dairə seçki komissiyalarının ekspert qrupunun üzvləri iştirak edirlər.

 

Azərbaycan. - 2014.- 13 noyabr.- S.9.