Qədim Şəkinin qədim sənət növləri

 

Şəki Azərbaycanın qədim şəhəri olmaqla bərabər, dövlətçilik tariximizinbir parçasıdır. Bu şəhər bir çox özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Şəki dünyada yumor məskəni olan şəhər kimi də tanınır. Şəhərin sakinləri səmimi, qonaqpərvər olduqları qədər də incə yumor hissinə malikdirlər. Şəkililərlə söhbət edib ünsiyyət qurmaq şəhərin qonağı olan hər kəsdə xoş ovqat yaradır. Elə bu səbəbdən də yerlixarici turistlər istirahətlərini qədim Şəkidə keçirməyə üstünlük verirlər.

Bugünün Şəkisi qədimliyi ilə bərabər, müasirdir. Şəhərdə çoxlu yeni yaşayış binaları, sosial obyektlər tikilib, müasir standartlara cavab verən emal və sənaye müəssisələri inşa edilib. Şəkililər həm də öz sevimli şəhərlərinin tarixi abidələrini qayğı ilə qorumağı da bacarırlar. Hər hörülən daş, əkilən ağac da şəkililər üçün tarixi keçmişlərini xatırladan əziz yadigarlardır.

Bu şəhərin bir özəlliyi də dədə-baba sənətlərinə varislərin sahib çıxıb davam etdirmələridir. İndinin özündə də Şəkidə dəmirçilik, misgərlik, dulusçuluq, papaqçılıq, ipəkçilik, halvaçılıq və s. qədim sənətlərini yaşadırlar. Şəhərə gələn əcnəbi turistlər şəkili sənətkarların əl işlərini məmnuniyyətlə alıb Azərbaycandan əziz bir yadigar kimi öz ölkələrinə aparırlar. Həmin əl işləri qədim mədəniyyətimizin xaricdə təbliğində az rol oynamır.

 

Azərbaycan. - 2014.- 14 noyabr.- S.8.