“Regional” televiziya əhatə dairəsini genişləndirir
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra teleradio yayımı böyük inkişaf yolu keçib. Bu gün televiziya kanallarının texniki imkanları hədsiz dərəcədə genişlənib.
Regionda baş verən hər hansı hadisənin vaxtında yayımlanması
tamaşaçı auditoriyasının
xeyli genişlənməsinə
gətirib çıxarıb.
Bu da öz
növbəsində regionlarda
yerli televiziya kanallarına marağın
artmasına səbəb
olub.
Azərbaycan teleməkanında hazırda
14 regional televiziya
kanalı fəaliyyət
göstərir ki, bunların da bir çoxu müasir texniki avadanlıqla təmin olunub. İlk illərdə regionlarda yaradılan televiziya kanalları həm maddi-texniki bazası, həm də verilişlərin keyfiyyətinə
görə paytaxtda yayımlanan kanallardan geri qalsa da,
illər keçdikcə bu
fərqlər azalır,
onların fəaliyyətində
bir canlanma hiss olunur. Region televiziyalarının
bəziləri artıq
mərkəzdəki telekanallarla
rəqabət aparır,
hətta bəzi məqamlarda yayımladığı
maraqlı verilişlərlə
onları üstələyə
də bilir. 7 il öncə
Xaçmaz rayonunda fəaliyyətə başlayan
"Regional" televiziya (RTV) Azərbaycanda daxili şəbəkəsi rəqəmsal
texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Bu, region televiziyaçılığı
üçün bir yenilik idi.
"Regional" televiziyanın
baş redaktoru Vəli Şıxverdiyevlə
söhbətimizdə bildirdi
ki,
ölkənin şimal
bölgəsində yayımlanan
bu televiziya kanalı Xaçmaz, Quba, Qusar, Şabran,
Siyəzən, Xızı
rayonlarını əhatə
edir. Quba rayonunun Dağlı
kəndi və Siyəzən rayonunun Gilgilçay qəsəbəsi
ərazisində yerləşdirilən
ən son model teleötürücülər
regionda keyfiyyətli yayım həyata keçirməyə imkan verir. Paralel olaraq televiziya
www.regionaltv.az saytı vasitəsilə
onlayn yayım da həyata keçirir. RTV yayımlanmağa başladığı
gündən bölgədə
yaşayan insanları
dolğun informasiya ilə, zövqlü televiziya proqramları ilə təmin etməyi qarşısına
məqsəd qoyub.
Kollektiv uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı, həm də istedadlı, perspektivli gənclərdən təşkil olunub. Vəli Şıxverdiyev peşəkarlığın daha da gücləndirilməsini vurğulayaraq bu istiqamətdə görüləcək işlərin vacibliyindən danışdı: "Bu gün RTV-də yüzə yaxın insan işlə təmin olunub. Onların 90 faizini regionda yaşayan sakinlər təşkil edir. Yerli gənclər burada keçirilən müsabiqələrdə iştirak edərək öz bacarıqlarını sınayırlar. Onlar məhz RTV-nin təlim-tədris bazasında televiziya işinin sirlərini öyrənirlər. Buna baxmayaraq, bu gün regionlarda fəaliyyət göstərən televiziyalarda olduğu kimi, bizdə də müəyyən kadr çatışmazlığı var. Odur ki, bu problemin həlli istiqamətində müəyyən işlər aparılır: regionlarda gənc kadrların yetişdirilməsi üçün regional televiziyaların təşkilatçılığı ilə müxtəlif seminar, treninq və kurslar təşkil olunur. Bu sahədə təhsili, savadı və istedadı olan gənclərin işə cəlb olunması üçün vaxtaşırı müsabiqələr keçirilir, paytaxtdan bölgələrə peşəkar kadrlar cəlb edilir. Məlumdur ki, televiziya güclü ideoloji vasitədir və onun təsir dairəsi çox genişdir. Milli-mənənvi dəyərlərin qorunması, adət-ənənələrin təbliği, hərbi vətənpərvərlik hissinin aşılanması istiqamətində rolu əvəzsizdir. Təbii ki, televiziyanın baxımlı olması orada çalışan kadrların təcrübəsinə söykənir".
RTV fəaliyyətə başladığı ilk gündən Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara imza atıb. Televiziyaçılığa peşəkar yanaşma şirkətin əsas prioritetidir. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb. 2007-ci və 2009-cu illərdə uğurlu fəaliyyətə görə "İlin region televiziyası" adına layiq görülüb.
Telekanalın xəbərlər xidməti fəaliyyətə başladığı gündən operativliyi və baş vermiş hadisələrə obyektiv münasibəti ilə rəğbət qazanıb. "Xəbər vaxtı" informasiya buraxılışı "yerli xəbərləri dolğun və operativ işıqlandırdığına, aktual problemləri diqqətdə saxladığına" görə "Media Açarı 2010" mükafatına layiq görülüb. Xatırladaq ki, RTV təsis olunduqdan bəri bu mükafatı qazanan ilk regional media qurumudur. 2011-ci ildə isə televiziyanın istehsalı olan "İşıqlı zülmət" filmi Heydər Əliyev Fondunun, BMT-nin Əhali Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi 36 yerli, 10 xarici filmin qatıldığı "Azərbaycan Ailəsi 2011" film festivalında "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Bir sıra müsabiqələrdə uğurlu çıxışlarına görə televiziyanın əməkdaşları ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniyada təcrübə keçib.
Bu gün RTV-nin proqram siyasəti hazırda Abşeron yarımadasında və peykdə yayımlanan "Regional" TV-nin efirində də özünü əks etdirir. Bu il ümummilli lider Heydər Əliyevin doğum günündə yayıma balşayan "Regional" TV-də region televiziyalarının mərkəzləşmiş, vahid proqram konsepsiyası ilə yayımı təşkil olunur. Burda həm informasiya, həm əyləncə, həm də maarifləndirici proqramlar geniş yer tutur.
RTV-nin istehsalı olan "Buralar" proqramında gündən-günə inkişaf edən rayonlarımızın tarixi, mədəniyyəti haqqında geniş məlumatlar verilir. Bundan əlavə, "Əməkdar" verilişində unudulmaqda olan peşələr, sənətlər haqqında danışılır. "Yüz yaşa" proqramında isə bu gün ucuz şou proqramların hesabına efirləri "işğal" edən müğənnilərdən yox, öz həyatları ilə gənc nəslə örnək olan regionun zəhmətkeş insanları, ziyalılarının həyatından bəhs edilir. Bu gün RTV-nin yayım siyasətinin əsas prinsipləri "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir.
Daha bir əhəmiyyətli məqam isə yerli xəbərlərin yayılmasındadır. Paytaxt kanallarının xəbərlər proqramlarında monitorinq aparsaq, regionlarla bağlı çox az sayda video sujetlərə rast gələrik. "Regional" TV-nin efirində isə hər gün üst-üstə 2 saata yaxın bölgələrdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, burda baş verən önəmli hadisələrdən bəhs olunur. Təsadüfi deyil ki, Cənubi Qafqazın ilk xəbər kanalı da "Regional" TV-nin təsisçilərindən olan TTV-dir.
"Regional" TV-nin gün boyu efirində regionlarda baş verən ictimai-mədəni hadisələr, idman yarışları, həyata keçirilən sosial-iqtisadi layihələr, abadlaşan və inkişaf edən kəndlərimiz, uzun müddət efirlərdən uzaq qalan regionların istedadlı insanları haqqında dolğun proqramlar yer alır. Günün nəbzinə uyğun televiziya proqramlarının hazırlanmasında əsas məqsəd ölkədə gedən ictimai-siyasi hadisələri və dövlət siyasətinin xalqa çatdırılmasından ibarətdir.
İnanırıq ki, milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı, ictimai əhəmiyyət kəsb edən məsələlərin işıqlandırılmasında və təbliğində regional televiziyalar üzərinə düşən missiyanı bundan sonra da uğurla davam etdirəcəklər.
Akif ƏLİYEV
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 7.