Azərbaycan
və İranın bank sahəsində əlaqələri
hər iki tərəfin maraq
dairəsindədir
Azərbaycan Mərkəzi
Bankının sədri Elman Rüstəmov İran Mərkəzi
Bankının sədri Valiollah Seifi ilə
görüşüb.
Bankdan AzərTAc-a bildiriblər ki, görüş zamanı iki ölkənin bank sistemləri, o cümlədən mərkəzi bankları arasında əməkdaşlıq, eləcə də İran İslam Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə imzalanmış anlaşma memorandumlarından irəli gələn maliyyə-bank məsələləri ətrafında müzakirələr aparılıb.
E.Rüstəmov ölkələr arasında iqtisadi, o cümlədən bank sahəsində əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, mərkəzi banklar və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıb. İranlı qonağa Azərbaycan iqtisadiyyatı, o cümlədən maliyyə-bank sektorunun inkişaf istiqamətləri barədə ətraflı məlumat verib.
İran Mərkəzi
Bankının sədri Azərbaycanın maliyyə-bank sektorunda görülən işləri
yüksək qiymətləndirib və ölkəmizlə əməkdaşlıqdan
məmnunluğunu bildirib. İran
və Azərbaycan arasında iqtisadi əlaqələr,
o cümlədən bank
sistemləri üzrə çoxşaxəli münasibətlər
qurulduğunu vurğulayan
V.Seifi bu əlaqələrin
daha da genişlənəcəyinə
əminliyini ifadə edib.
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 6.