Türkiyə
mətbuatı: Ermənistanın son təxribatları
beynəlxalq hüquqa hörmətsizlikdir
Türkiyənin aparıcı
kütləvi informasiya vasitələri qoşunların təmas
xəttində Ermənistan silahlı qüvvələrinə
məxsus Mi-24 tipli helikopterin məhv edilməsinə gətirib
çıxaran hadisələri təcavüzkar ölkənin
illərdən bəri həyata keçirdiyi təxribatların
davamı kimi qiymətləndirir.
Yayılan materiallarda Ermənistan silahlı qüvvələrinin işğal altında olan Azərbaycan ərazilərində keçirdiyi hərbi təlimlər zamanı təxribat xarakterli uçuşlar həyata keçirilməsinin nəticəsi olaraq düşmənin helikopterinin vurulduğu və burada qeyri-adi heç nəyin olmadığı diqqətə çatdırılır. Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındakı Azərbaycan ərazilərində hərbi təlimlər keçirilməsi növbəti təxribat, beynəlxalq hüquqa hörmətsizlikdir.
Baş verən hadisə qardaş ölkədə sosial şəbəkələrdə də müzakirə mövzusudur. Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən insanlar dünya ictimaiyyətini Ermənistanın təcavüzkar siyasətinin qarşısını almağa çağırırlar.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 6.