Ağdam rayonu
istiqamətində məhv edilən “Mi-24” döyüş
helikopteri Ermənistan hərbi hava qüvvələrinə məxsusdur
Ermənistan Respublikasının
Müdafiə Nazirliyinin Ağdam rayonu istiqamətində
müdafiənin ön xəttində yerləşən
mövqelərimizi atəşə tutan “Mi-24” döyüş
helikopterinin vurulması ilə əlaqədar
yaydığı xəbərlərə cavab olaraq Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərində
döyüş uçuşları keçirərkən məhv
edilən hərbi helikopter Ermənistan silahlı qüvvələrinin
Yerevan yaxınlığındakı “Erebuni” hərbi
aerodromunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.
Ermənistan tərəfi həmişə olduğu kimi, yenə də riyakarlıqdan əl çəkmir və “Mi-24” döyüş helikopterini və həlak olan hərbi qulluqçuları qondarma “Dağlıq Qarabağ Respublikası”nın hərbi qulluqçuları kimi təqdim etməyə çalışır. Halbuki məhv edilən “Mi-24” döyüş helikopterinin ekipaj üzvlərinin hər 3 üzvü Ermənistan hərbi hava qüvvələrinin zabitidir.
Ekipaj komandiri mayor Sergey Saakyan Yerevan şəhərində anadan olub, 15-ci helikopter bazasında, 32822 saylı hərbi hissədə xidmət edirmiş, ailəlidir. Ermənistan hərbi hava qüvvələrinin zabitidir.
Baş leytenant Sarkis Nazaryan isə hərbi aviasiya məktəbini bitirib, Ermənistan hərbi hava qüvvələrinin döyüş helikopterlərində ekipaj üzvü kimi xidmət edib.
Ekipajın digər üzvü leytenant Azat Saakyan Yerevan şəhərində yaşayıb, Ermənistan Hərbi Hava Qüvvələrində xidmət edirmiş, hərbi pilotdur.
Beynəlxalq qanunlara zidd olaraq Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə təlimlərə cəlb edilmiş hərbi aviasiyanın tərkibində, cəbhənin ön xəttində döyüş uçuşları keçirən həmin hərbi helikopter təxribat məqsədilə mövqelərimizə atəş açdığına görə döyüşçülərimiz tərəfindən vurulub.
Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi
bir daha rəsmi olaraq bildirir ki, işğal olunmuş Dağlıq Qarabağ
üzərində həyata keçirilən bütün
razılaşdırılmamış aviauçuşlar
beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının
qərarlarına əsasən ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək və belə
hal baş verdikdə ən
müasir vasitələrə malik Azərbaycan Hərbi Hava
Qüvvələri həmin hava hədəflərini
dərhal məhv edəcək.
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 5.