Rusiya XİN Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş hadisə
ilə əlaqədar çox
narahatdır
Rusiya Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr
Lukaşeviç noyabrın 13-də keçirilmiş həftəlik
brifinqdə Dağlıq Qarabağ münaqişəsi
zonasında baş vermiş hadisə ilə əlaqədar
qeyd edib ki, Rusiya XİN Dağlıq Qarabağ münaqişəsi
zonasında baş vermiş hadisədən çox
narahatdır.
Rusiya XİN-in rəsmi nümayəndəsi deyib: “Rusiyanın mövqeyi ATƏT-in Minsk qrupu həmsədrlərinin 12 noyabr tarixli bəyanatında öz əksini tapıb. Münaqişə edən tərəflərə müraciət edərək qətiyyətlə onları regionda gərginliyin artmasına gətirib çıxaran addımlar atmaqdan çəkinməyə çağırırıq. Azərbaycan və Ermənistan rəhbərliklərinə xatırladırıq ki, onlar münaqişənin dinc həlli yollarının tapılması sahəsində Soçi, Nyuport və Paris görüşlərində qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyət daşıyırlar.
Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri – ABŞ və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında tərəflərə yardım göstərilməsi sahəsində məqsədyönlü səylərini davam etdirəcəkdir”.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 5.