Bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi, qeydə alınmasının əsasları və qaydaları, qeydə alınmış namizədlərin statusu

 

Hazırda respublikamızın ictimai-siyasi həyatının çox mühüm hadisələrindən olan bələdiyyə seçkilərinə hərtərəfli hazırlıq görülür. Seçki qanunvericiliyində nəzərdə tutulmuş seçki subyektləri tərəfindən namizədlər irəli sürülür. Seçkilər günü 21 yaşı tamam olanmüvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Passiv seçki hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşları isə öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qruplarının təşəbbüsü ilə, siyasi partiyalar və siyası partiyalar bloku tərəfindən bələdiyyə üzvlüyünə namizəd irəli sürülə bilər.

Hər kəs yalnız bir bələdiyyə üzrə namizədliyinin irəli sürülməsinə razılıq verə bilər. Öz təşəbbüsü ilə bələdiyyə üzvlüyünə irəli sürülən namizəd müvafiq dairə seçki komissiyasına bu barədə bildiriş, öhdəlik ərizəsi və digər sənədlər təqdim etməlidir. Öhdəlik ərizəsində bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas ya xidmət yeri, məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir.

İrəli sürülmüş namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi təqdim edilməlidir.

Namizəd öz ərizəsində siyasi mənsubiyyəti barədə qeyd edibsə, bu halda təsdiqedici sənəd təqdim olunmalıdır.

Namizəd irəli sürmək üçün aktiv seçki hüququ olan seçicilər tərəfindən müvafiq seçki dairəsinin ərazisində yaşayan əhalinin sayı nəzərə alınaraq təşəbbüs qrupu yaradıla bilər. Buna görə seçicilər öz yığıncağını keçirməlidirlər.

Yığıncaqda müzakirə edilmiş hər bir məsələ barədə qərar qəbul olunurprotokol tərtib edilir. Seçicilərin təşəbbüs qrupunun yaradılmasından sonra namizədlərin irəli sürülməsi prosesi başlanır.

Seçicilərin təşəbbüs qrupu tərəfindən müvafiq dairə seçki komissiyasına seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu və hər bir bələdiyyə üzvlüyünə namizədin irəli sürülməsinə təşəbbüs edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş və bələdiyyə üzvlüyünə namizədin qanunauyğun doldurulmuş öhdəlik ərizəsi təqdim edilməlidir.

Siyasi partiyalarsiyasi partiyaların blokları da qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə üzvlüyünə namizəd irəli sürə bilərlər.

Siyasi partiyalar tərəfindən bələdiyyə üzvlüyünə namizəd və ya namizədlər irəli sürülərkən, siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətini, siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətini, namizəd və ya namizədlərin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının qərarını və müvafiq iclasın protokolunu, hər bir namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildirişi, səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın qərarını, siyasi partiyaların səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydadaya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələrini, siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısını təqdim etməlidir.

Siyasi partiyalar səlahiyyətli nümayəndələrin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahısını, həm də onların səlahiyyətli nümayəndə olmalarına dair razılıq məktublarını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Siyasi partiyalar bloku tərəfindən namizəd və ya namizədlər irəli sürülərkən, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının namizəd və ya namizədləri irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokollarını, siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının siyasi partiyaların bloku adından namizəd və ya namizədlərin irəli sürülməsi haqqında qərarını müvafiq iclasın protokolunu, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydadaya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələrini, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin səlahiyyətli nümayəndə olmağa razılığı barədə yazılı məktublarını, bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, əsas ya xidmət yeri, tutduğu vəzifə, məhkumluğuna, vətəndaşlığına dairbaşqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatları, habelə bələdiyyə üzvü seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsini, hər namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildirişi təqdim edir.

Müvafiq dairə seçki komissiyasına təqdim edilmiş sənədlərə 5 gün müddətində baxılıb namizədin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar qəbul edilməlidir. Qəbul edilən qərar namizədə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir.

Bələdiyyə üzvlüyünə namizədlərin müdafiəsi məqsədilə imza vərəqələrinin verilməsi və imzaların toplanması müvafiq seçki komissiyası tərəfindən namizədliyin irəli sürülməsini təsdiq edən qərarın qəbul olunduğu gündən başlayır.

Namizədin müdafiəsi üçün onun namizədliyinin irəli sürüldüyü seçki dairəsi üzrə əhalinin sayına uyğun olaraq ən çoxu 150, ən azı 15 seçici imzası toplanmalıdır.

Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakı yolverilməzdir. Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya, görülmüş işin haqqı namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına odənilə bilər.

Azərbaycan Respublikasının aktiv seçki hüququ olan və səsvermə günü 18 yaşı tamam olmuş hər bir vətəndaşı namizədin müdafiəsi üçün imza vərəqəsinə imza etmək hüququna malikdir. Seçici yaşadığı seçki dairəsinin ərazisində namizədliyi irəli sürülmüş bir neçə namizədin müdafiəsi üçün imza edə bilər.

İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qanunla qadağandır. Qanun pozuntuları müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, belə halda toplanmış imzalar etibarsız sayıla və namizədin qeydə alınmasından imtina üçün əsas ola bilər. Bu cür hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb ola bilər.

Seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.

İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd, namizəd siyasi partiyaya siyasi partiyalar bloku tərəfindən irəli sürüldükdə isə imza toplayan şəxs və siyasi partiyasiyasi partiyalar blokunun tərəfindən imzalanmalıdır. İmza toplamış şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, namizəd isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.

İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına namizədin müdafiəsi üçün toplanmış imzalar olan imza vərəqələrini və digər seçki sənədlərini təqdim etməlidir.

Müvafiq seçki komissiyasına namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri ilə birlikdə seçici imzalarının toplanması haqqında Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatına əlavə edilmiş yekun protokolunun iki nüsxəsi, namizədin öhdəlik ərizəsindəki özü haqqında məlumatlarda dəyişiklik olubsa, bu barədə bildiriş, namizədin seçkiləri təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə edən gəlirlərinin miqdarı və mənbələri barədə məlumat, gəlirlər barədə məlumatların alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış, namizədə məxsus əmlak barədə Seçki Məcəlləsinin 5 saylı əlavəsinə uyğun formada tərtib edilmiş məlumat, seçici imzalarının toplanması üçün sərf edilmiş vəsait haqqında məlumatlar da göstərilməklə, namizədin ilkin maliyyə hesabatı təqdim edilməlidir.

Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədlərin qəbulu barədə yazılı arayış verərək 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Qeydə alınmış hər bir namizədə dairə seçki komissiyası tərəfindən qeydiyyat vəsiqəsi verilir.

Qeydə alınmış bütün namizədlər, onların statusları nəzərə alınmaqla, bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.

Dövlət orqanlarında işləyən, bələdiyyə qulluğunda olanya kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər seçki kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar. Namizədlər də bununla bağlı müvafiq əmrin təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim etməlidirlər. Onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaqüstünlük əldə etmək məqsədi ilə istifadə edə bilməzlər.

Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri və ya onların tapşırığı ilə hərəkət edən digər fizikiya hüquqi şəxslər xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər və onlar tərəfindən seçicilərə maddi və maliyyə, yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət edilməsi qadağandır.

 

Validə KAZIMOVA,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

 

Azərbaycan. - 2014.- 14 noyabr.- S.4.