Azərbaycan
ilə İran arasında hüquqi
sahədə əməkdaşlığın genişləndirilməsi
müzakirə edilib
Noyabrın 13-də ədliyyə
naziri Fikrət Məmmədov İranın ölkəmizdəki
səfiri Möhsün Pakayin ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən Fikrət Məmmədov dövlətlərimizin başçılarının mütəmadi, o cümlədən bu günlərdə İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin və imzalanan sənədlərin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə əlavə zəmin olduğunu vurğulayıb. Həmçinin hüquqi əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Azərbaycan-İran əlaqələrinin ən yüksək səviyyədə olduğunu söyləyən səfir dövlətlərimizin başçıları arasında səmimi və qarşılıqlı anlaşma şəraitində görüşlərin keçirildiyini və İran Prezidentinin Bakıya səfərinin əhəmiyyətini vurğulayıb. M.Pakayin, həmçinin Ədliyyə Nazirliyi ilə faydalı əməkdaşlığı təqdir edib.
Görüşdə hüquqi yardım, məhkumların verilməsi
və hüquqi sahədə əməkdaşlığın
genişləndirilməsi ilə bağlı fikir
mübadiləsi aparılıb.
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 2.