“TEAS Press” Nəşriyyat Evinin
“Üç alma” uşaq ədəbiyyatı bölməsi
kitablarını təqdim etdi
Noyabrın 13-də “TEAS Press” Nəşriyyat
Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsi
uşaqlar üçün kitablarını ilk dəfə təqdim
edib.
Mərasimdə Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov sözügedən nəşriyyat evinin uşaq ədəbiyyatı bölməsi haqqında geniş məlumat verib.
Bildirib ki, bölmənin məqsədi Azərbaycan dilində uşaqları əyləndirmək, maarifləndirmək və onları mütaliəyə həvəsləndirməyə istiqamətlənmiş keyfiyyətli kitablar nəşr etməkdir. Bu məqsədə nail olmaq üçün seçilmiş strategiyanın iki istiqaməti var. Birincisi, dünyanın ən yaxşı kitablarını – həm klassik, həm də yeni kitabları tərcümə edib nəşr etməkdir. İkinci istiqamət isə Azərbaycanda və xaricdə yaşayan azərbaycanlı yazıçı və illüstratorları cəlb etməklə uşaqlarımız üçün dünya standartlarına cavab verən bədii və elmi-kütləvi ədəbiyyat nümunələri nəşr etməkdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaqların inkişafına hər zaman böyük diqqət və qayğı göstərdiyini diqqətə çatdıran AAC-nin sədri uşaq nəşri istiqamətində görülən işlərin nəşr evinin müqəddəs borcu olduğunu vurğulayıb.
Qeyd olunub ki, təqdimatı keçirilən kitablar “TEAS Press”in peşəkar yaradıcı heyəti tərəfindən tərcümə və dizayn edilib. Bu kitabların nəşri zamanı bir çox janrlar və uşaqların yaş qrupları üzrə mütaliə-qavrama səviyyələri nəzərə alınıb. Kitabların hamısı Türkiyədə, beynəlxalq standartlara uyğun olaraq çap edilib. Kitabların əksəriyyəti keyfiyyətli və sərt cildlə üzlənib. Onların arasında valideyn, müəllim və kitabxanaçıların uşaqlara ucadan oxuması üçün gözəl, rəsmli kitablar da var. Bu kitablar mütaliəyə hələ təzəcə başlamış uşaqlar üçün nəzərdə tutulub. Klassik romanlar yumşaq cildlə üzlənib. Onlar daha böyük yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, məşhur yazıçı və illüstrator Mo Uilyamsın beş şəkilli kitabı Azərbaycan dilinə tərcümə edilib. Dünyanın ən məşhur uşaq ədəbiyyatı müəllifi və illüstratoru Mo Uilyams yazdığı əsərlərə və çəkdiyi illüstrasiyalara görə ən nüfuzlu mükafatları qazanıb.
Tədbirdə məşhur
ingilis yazıçısı və illüstratoru Devid Makkinnin 4 kitabı təqdim edilib.
Kitablar hamısı
yazıçının məşhur “Elmer”
seriyasındandır. Elmer müasir
uşaq hekayələri dünyasında ən
çox tanınan və sevilən
personajdır. Bu il Elmerin
25 illiyidir. Azərbaycandakı tədbir bu
yubileyin bir hissəsi oldu.
Təqdim edilən üç şəkilli kitab isə bir çox
mükafatların sahibi,
hollandiyalı yazıçı
və illüstrator Hido van Heynektnə aiddir. İki kitab onun məşhur “Rikki”, digəri isə “Maks” seriyasındandır.
“Mənim
ilk klassik hekayəm” silsiləsindən uşaqlar
üçün asan oxunaqlı kitablar da təqdim edilib. Bu kitablar oxumağa hələ yenicə başlayan uşaqlar üçün
nəzərdə tutulub.
“Capstone” nəşriyyatından
alınmış digər
silsilə “Sevimli Sevinc” adlanır. Bu silsilə xüsusilə
qız uşaqları
üçün nəzərdə
tutulub. Kitab Sevincdən və
onun ən yaxın rəfiqəsi Mələkdən bəhs
edir.
Qeyd edək
ki, “TEAS Press” Mo Uilyamsı VİP-kitab təqdimatına
xüsusi qonaq kimi dəvət edib. Mərasimin
xüsusi qonağı hələ uşaq ikən Bakını görmək arzusunun olduğunu
vurğulayıb. Mo Uilyams
Azərbaycanın gənc yazarları, animator
və uşaq ədəbiyyatı üzrə
ixtisaslanan naşirlər üçün
ustad dərsi də keçib.
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 3.