Leyla Əliyevanın təşəbbüsü
ilə Moskvada Ümumdünya
diabetlə mübarizə
günü ilə əlaqədar tədbir keçirilib
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB)
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin (BMDTU) V.Vasilenko adına Daxili Xəstəliklərin
Propedevtikası Klinikasında Şəkərli diabetlə
mübarizə günü təşkil edib.
BMDTU-nun
Endokrinologiya kafedrasının müdiri, professor Valentin Fadeyev
tədbiri açaraq qeyd edib ki, hər il Ümumdünya
diabetlə mübarizə günü bu xəstəliklə əlaqədar
müəyyən mövzuya həsr olunur. 2014-2016-cı illərdə
Ümumdünya diabetlə mübarizə gününün
mövzusu “Sağlam həyat tərzi və şəkərli
diabet”dir.
Tədbirin
təşkilatçılarından biri, RAGB-nin Nəzarət-təftiş
komissiyasının üzvü Samir Əliyev
iştirakçılara uşaqlarda diabet problemindən
danışıb və qeyd edib ki, dünyada “gənclərin
diabeti” adlandırılan 1-ci tip şəkərli diabet xəstələrinin
sayı artır. O həmçinin şəkərli diabetlə
mübarizədə sağlam həyat tərzinin əhəmiyyətini
xüsusi vurğulayıb.
BMDTU-nun
tələbələri olan RAGB nümayəndələri
Uşaq endikrinologiya şöbəsinin müdiri Alisa Vitebskaya
ilə birlikdə oyun formasında balaca pasiyentlərə
şəkərli diabet zamanı özünənəzarətin
vacib olduğunu izah ediblər. Sonra uşaqlar öz yeni
dostları ilə birlikdə müxtəlif müsabiqələrdə
və oyunlarda həvəslə iştirak ediblər.
Tədbirin
sonunda RAGB-nin nümayəndələri Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından tibb müəssisəsinə
məişət texnikası, uşaqlara isə hədiyyələr
təqdim ediblər.
Klinikanın
rəhbərliyi RAGB-nin sədri Leyla Əliyevaya, habelə
Diabetlə mübarizə günü tədbirinin təşkilində
və keçirilməsində fəal iştirak edənlərə
minnətdarlığını bildirib.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2014.- 16 noyabr.- S.9.