Bu səfər heç
vaxt yaddaşımdan silinməyəcək
“Qarabağı
Azərbaycanın musiqi beşiyi adlandırırlar. Bu torpaq
saysız-hesabsız tanınmış musiqiçilər
yetişdirib. Bu gün biz Ağdam və Ağcabədidə
muğam ifaçılarının
çıxışlarını dinlədik, dahi Üzeyir
Hacıbəylinin adını daşıyan Qarabağ
Muğam Mərkəzi ilə tanış olduq. Burada
gördüklərim məni və digər tur
iştirakçılarını heyran etdi. Bizə bu şəraiti
yaratdığına görə dövlətimizin
başçısına minnətdarlığımı
bildirirəm”
Bu
sözləri AzərTAc-a müsahibəsində “Ölkəmizi
tanıyaq” tur-aksiyasının iştirakçısı,
Qaradağ rayon 320 nömrəli tam orta məktəbin 10-cu
sinif şagirdi Səfayət Məsiyeva deyib.
Bildirdi ki,
Qarabağ torpağı həqiqətən
də qürur duymalı diyardır. Bu səfər heç vaxt yaddaşımdan silinməyəcək.
Azərbaycan.-2014.- 16 noyabr.- S.11.