Məktəblilər dəniz səviyyəsindən
689 metr yüksəklikdən
Qusar şəhərinin panoramına
tamaşa ediblər
Noyabrın
15-də Binəqədi və Nəsimi məktəblilərindən
ibarət qruplar “Ölkəmizi tanıyaq” maarifləndirici
tur-aksiya çərçivəsində Qusar rayonuna gəliblər.
AzərTAc
xəbər verir ki, məktəblilərin Qusara səfəri
şəhərin girəcəyində, ən yüksək
yerdə inşa olunan Dövlət Bayrağı Meydanından
başlayıb. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə
yerləşən meydanda 65 metr hündürlükdə Azərbaycan
bayrağı dalğalanır.
Məktəblilər
yüksəklikdən Qusar şəhərinin panoramına
tamaşa edib və xatirə şəkli çəkdiriblər.
Sonra
tur-aksiyanın iştirakçıları “Şahdağ”
Qış-Yay Turizm Kompleksində olublar. Onlara turizm kompleksində
yaradılan şərait, buradakı istirahət və əyləncə
növləri haqqında ətraflı məlumat verilib. Məktəblilər
kompleksin bəzi xidmətlərindən yararlanıblar.
Sonra
tur-aksiyanın iştirakçıları Qusar şəhərindəki
Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin
irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə
böyük maraqla baxıblar. Onlara ümummilli lider Heydər
Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin
qorunması və möhkəmləndirilməsi naminə
gördüyü əvəzsiz işlər haqqında
geniş məlumat verilib.
Məktəblilər
Qusar Tarix-Diyarşünaslıq Muzeyi və rəsm
qalereyası eləcə də Həzrə kəndindəki
“Şeyx Cüneyd” türbəsi ilə yaxından
tanış olublar.
Noyabrın
16-da Binəqədi və Nəsimi məktəblilərindən
ibarət qruplar Quba rayonunun görməli yerlərinə
ekskursiya edəcəklər.
Azərbaycan.-2014.-
16 noyabr.- S.11.