Tur-aksiya çox uğurlu layihədir və yaddaşımızda həmişəlik qalacaq

 

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olduğuma görə çox xoşbəxtəm. Bu layihə sayəsində ölkəmizin bölgələrini qarış-qarış gəzir, tarixi yerləri ilə tanış oluruq. Əksəriyyətimiz şimal-qərb bölgəsində ilk dəfədir oluruq. Ekskursiyamız olduqca maraqlı keçir. Bu tur-aksiya həqiqətən də çox uğurlu layihədir və yaddaşımızda həmişəlik qalacaq.

Bu sözləri Şəkidə AzərTAc-a müsahibəsində Sabunçu rayonundakı 155 nömrəli tam orta məktəbin IX sinif şagirdi Günay Vəlizadə deyib.

Şəkinin tarixi məkanları ilə tanışlıqdan məmnun qaldığını, Şəki xanları sarayının çox möhtəşəm bir abidə olduğunu vurğulayan Sabunçu məktəblisi onlara bu şəraiti yaratdığına görə məktəblilər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirərək deyib: “Prezidentimizə söz verirəm ki, bizə göstərilən bu etimadı layiqincə doğruldaraq, bu günün məsuliyyətli şagirdi, sabahın istedadlı tələbəsi, gələcəyin isə gözəl mütəxəssisi olacağam”.

 

 

Azərbaycan.-2014.- 16 noyabr.- S.11.