Masallıda turistlərin mənalı
istirahət
etmələri üçün hər
cür şərait yaradılıb
“İlk dəfədir Azərbaycanın bölgələrinə səfər edirəm. Cənub bölgəsinin əsrarəngiz gözəllikləri haqında çox eşitmişdim. İndi isə eşitdiklərimi öz gözlərimlə gördüm və buna çox sevindim”.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Masallı rayonunda olan, Bakı şəhərinin Səbail rayonundakı 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Mədinə Qurbanova AzərTAc-a müsahibəsində söyləyib.
M.Qurbanova deyib:
“Bölgə ilə tanışlığımız
Masallı rayonundan başladı. Rayonda turistlərin mənalı istirahət
etmələri üçün hər cür şərait yaradılıb. Biz rayondakı “İsti-su”
müalicəvi turizm istirahət mərkəzi
ilə tanışlıq zamanı bunun bir daha şahidi
olduq. Yol boyu meşələr qoynunda salınan istirahət mərkəzlərinə,
turizm obyektlərinə tamaşa
etdikcə içimdə yenidən bu yerlərə
qayıtmaq istəyi baş
qaldırıb. Çox sevinirik
və bizə ölkəmizi daha
yaxından tanımaq imkanı yaradan Prezident İlham Əliyevə
minnətdarlığımızı bildiririk”.
Azərbaycan.-2014.- 16 noyabr.- S.11.