Baş prokuror Salyanda vətəndaşları qəbul edib

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, baş prokuror Zakir Qaralov noyabrın 14-də vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Salyan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Salyan, Hacıqabul, Sabirabad, Saatlı Masallı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl baş prokuror Salyan Rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 11 vətəndaşın müraciətlərində qaldırılan bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumlarının rəhbərlərinə rayon prokurorlarına müvafiq göstərişlər verib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, eyni zamanda, prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S.5.